Ədliyyə naziri Fərid Əhmədov 19 avqust 2024-cü il tarixində Şamaxı rayonunda Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Göyçay rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 17 avqust tarixinədək Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 2027 4-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər. Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var. Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta