Türkiyənin Bursa şəhərinin Böyükorxan rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.
Bakuinfo.net xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 4,69 kilometr dərinliyində baş verib.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.