Teleaparıcı və bloger Regina Todorenko üçüncü övladını dünyaya gətirməyi planlaşdırdığını açıqlayıb.
O, müğənni Emin Ağalarovun DREAM Fest-də verdiyi vəddən sonra bu qərara gəlib. Ağalarov, övladı dünyaya gələn hər bir cütlüyə "Sea Breeze" istirahət mərkəzində mənzil verəcəyini bildirib. Cazibədar aparıcı isə zarafatla bu fürsətdən istifadə edəcəyini deyib.
“Gələn il üçün belə bir planımız var. Hamilə qalıram, doğuş edirəm və mənzili alıram,” - deyə Todorenko bildirib.
Qeyd edək ki, Regina Todorenko müğənni Vlad Topalovla evlidir. Cütlük 2019-cu ilin iyulunda İtaliyanın Sorrento şəhərində ailə qurub. Onların ilk övladı Mixail 2018-ci ilin dekabrında, ikinci oğlu Miroslav isə 2022-ci ilin iyulunda dünyaya gəlib. Ötən il Todorenko dörd yaşlı oğlu üçün mənzil aldığını açıqlamışdı.