AZ

Türkiyədə 2 dəfə zəlzələ oldu » AzadMedia.az



Türkiyədə 2 dəfə zəlzələ olub.
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, 3,9 maqnitudada birinci zəlzələ Boluda yerli vaxtla saat 7:31-də qeydə alınıb. Zəlzələnin episentri Məscicele kəndində, zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib. Bundan bir neçə dəqiqə sonra Çukurren kəndinin mərkəzində 3,1 maqnitudada zəlzələ olub.
Zəlzələ hiss olunub.
AFAD Akdenizdə 3,9 maqnitudada daha bir zəlzələnin olduğunu xəbər verib. Təbii hadisə yerli vaxtla saat 06:25-də baş verib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
29
azadmedia.az

10Mənbələr