AZ

Sabah saat 06:00-dan... - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Sabah saat 06:00-dan Bakının Xətai rayonunun Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bakuinfo.net bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
30
bakuinfo.net

10Mənbələr