AZ

DƏHŞƏTLİ CİNAYƏT: qardaşının arvadını öldürdü

Bərdədə qadın qaynı tərəfindən qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakuinfo.net-ə verilən məlumata görə, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.  

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qayını, 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib. 

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
6
bakuinfo.net

10Mənbələr