AZ

İran bütün uçuşları təxirə saldı

İranın paytaxtı Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün istiqamətlərə uçuşlar təxirə salınıb.

Demokrat.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, uçuşların bu gün günortaya qədər həyata keçiriləcəyi ehtimal olunur.

Bildirilir ki, bu cür uçuş gecikmələri və ləğvlər bölgədəki hava limanlarında son bir neçə gündür davam edir.

Qeyd edək ki, aviaşirkətlər İsrail, İran və Livanın paytaxtları Təl-Əviv, Tehran və Beyruta uçuşları təxirə salıblar.

Avqustun 2-də Türkiyənin “Turkish Airlines” şirkəti İrana bütün uçuşları ləğv edib.

Mehriban Mirzəzadə
Demokrat.az 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
29
demokrat.az

10Mənbələr