AZ

Seçkiqabağı təşviqat kampaniyasına start verilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu həftədən etibarən növbədənkənar parlament seçkisi ilə bağlı seçkiqabağı təşviqat kampaniyasına start veriləcək.
Oxu.az xəbər verir ki, bu məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçkiqabağı təşviqatın aparılması qeydə alınan namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilən şəxslər, habelə namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilən şəxslər tərəfindən həyata keçirilə bilər.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq və proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Seçilən
144
12
oxu.az

10Mənbələr