AZ

AccessBank və regionların inkişafı: Renat Hümbətovla müsahibə

AccessBank bir çox maliyyə göstəricilərinə görə Azərbaycanın aparıcı maliyyə institutlarından biridir. Fəaliyyətə başladığı gündən etibarən bank mikro və aqrokreditlərin maliyyələşdirilməsi sahəsinə xüsusi diqqət yetirir və hazırda ölkədə mikro, kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində liderlik mövqeyini qoruyub saxlayır. AccessBank-ın regional filiallarının sayı artıq 35-ə çatdırılıb və bank öz portfelini genişləndirmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədi ilə filial şəbəkəsinin genişləndirilməsinı davam etdiri.

AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro müştərilərlə iş üzrə İcraçı Direktor Rənat Hümbətovla müsahibə:

 

  • Rənat bəy, AccessBank 20 ildən artıqdır ki yerli bank bazarında fəaliyyət göstərir, mikro və aqrokreditlərin maliyyələşdirilməsi sahəsində liderdir. Bu illər ərzində eyni mövqeyi qorumağı necə bacarırsiniz?

 

  • Kifayət qədər çətin sualdır, çünki bu nəticə bir çox mühüm faktorun qarşılıqlı təsiri nəticəsində əldə edilib. Əsas faktorlardan biri - mikrokreditlərin təyin edilməsi metodologiyasıdır ki, bu da 20 il ərzində təkmilləşdirilib. Biz daim bazar tendensiyalarını izləyirik, yeni məhsullar yaradırıq, kredit portfelinın idarə edilməsi sahəsində yeni alətlər tətbiq edirik. Əldə etdiyimiz nailiyyətlərdə proseslərin avtomatlaşdırması və filial şəbəkəsinin genişləndirilməsi prosesləri də mühüm rol oynayıb. Bizim inkişafımızın ən vacib və dəyişməz səbəbi isə yüksək ixtisaslı komandamızdır. AccessBank uzun illər ərzində bankirlər üçün məktəb olub, elə indi də Azərbaycanın bank sektoru üçün ən yaxşı kadrları yetişdirməyə davam edir.

 

  • Filial şəbəkəsinin genişləndirilməsi siyasəti nələri nəzərdə tutur? İlin əvvəlindən AccessBank artıq üç regional filial açıb. Yeni filialların açılması hansı bölgələrdə planlaşdırılır və bu tendensiya mikro və aqro kredit portfelinin artımına necə təsir göstərir?

 

  • AccessBank filial şəbəkəsini fəal şəkildə genişləndirməkdə davam edir. İlin əvvəlindən Masallı, Goranboy və Qubada yeni filiallarımız açılıb. Ümumiyyətlə, bankımızın kredit portfelinin 60%-i məhz regional filialların payına düşür, eyni zamanda onların 37%-i aqrokreditlər təşkil edir. Portfeldə əhəmiyyətli artım aqrar sektorun inkişafı və fermer təsərrüfatlarının dəstəklənməsi üzrə dövlət proqramları ilə bağlıdır. Biz bu sahədə Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə sıx əməkdaşlıq edirik. Filial şəbəkəsinin genişləndirilməsi maliyyə əlçatanlığının artırılması və etibarlı maliyyə tərəfdaşı imicinin gücləndirməsinə yönəlmiş prioritet planlarımızın tərkib hissəsidir. Biz yeni filiallar açmazdan əvvəl bölgələrdə fərdi sahibkarlığın vəziyyətini, kənd təsərrüfatı potensialını diqqətlə təhlil edirik. Eyni zamanda, biz prosesləri optimallaşdıraraq məsafədən satış kanallarını da tətbiq edirik. Bazar tələbinin təhlilinin nəticələrindən və müxtəlif regionlarda sahibkarlığın vəziyyətini nəzərə alaraq şəbəkəmizi genişləndirməyə davam edəcəyik.

 

  • AccessBank Azərbaycanda sahibkarlığın inkişafını dəstəkləyir. Yeni filialların açılması regionlarda məşğulluğun təmin edilməsinə də töhfə verir. AccessBank-ın regional ofislərində nə qədər işçi çalışır və onların ixtisasını artırmaq üçün hansı tədbirlər görülür?

 

  • AccessBank ölkədə filial sayına görə üçüncü yerdədir. Hazırda bankımızın 35 filialı fəaliyyət göstərir, onlardan 15-i Abşeronda, qalan 20-si isə ölkənin müxtəlif regionlarında yerləşir. Regional filiallarda 516 əməkdaş çalışır ki, bu da bankın ümumi əməkdaşlarının 56%-ni təşkil edir. Biz həm daxili, həm də xarici resurslardan istifadə edərək əməkdaşlarımızın bacarıqlarının inkişafına böyük əhəmiyyət veririk.  Məsələn, bu yaxınlarda Beynəlxalq Ticarət Palatasının (İCC) mütəxəssisləri tərəfindən kredit risklərinin idarə edilməsi mövzusunda mikrokredit qruplarının menecerləri üçün təlim keçirilmişdir. Biz müştəri xidmətlərinin daim yüksək səviyyədə saxlanılması və bazar tələbinə uyğun məhsul çeşidlərinin təqdim edilməsi məqsədi ilə mütəmmadi olaraq belə təlimlər təşkil edirik.

 

  • Aqrokreditlərin maliyyələşdirilməsi sahəsi üçün hansı şərtləri təklif edirsiniz? Spesifik tələblər və kənd təsərrüfatının mövsümiliyinə görə dəyişən ödəniş cədvəlinin tətbiqi imkanları mümkündürmü?

 

  • Biz kənd təsərrüfatı sahibkarlarının ehtiyaclarını nəzərə alaraq xüsusi hazırlanmış aqrokredit məhsulları təklif edirik. Məhsulların əsas məqsədi resursların vaxtında əldə edilməsinin və rahat ödəniş planının təmin edilməsidir. Kənd təsərrüfatında mövsümiliyinin vacibliyini anlayırıq və bu xüsusiyyətləri nəzərə alaraq çevik ödəniş qrafikləri təklif edirik.  Aqrar portfelimizin dinamikası müştərilərimiz üçün şərtlərimizin uyğun olmasını təsdiq edir. Aqrar sektordakı tendensiyaları və artan tələbatı daim izləyirik ki, müştərilərimizin gözləntilərinə və tələblərinə uyğun məhsullar təklif edə bilək.
  • Bankınız hansı həcmdə mikro kreditlər təqdim edir? Mikro, kiçik və orta müəssisələr üçün hansı məbləğlər əlçatandır?

 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
8
banco.az

9Mənbələr