AZ

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - VİDEO

Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib.



Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.
Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
5
nuhcixan.az

6Mənbələr