AZ

Bakı hava limanında sərnişin axını 36 faizdən çox artıb

2024-cü ilin iyul ayında Heydər Əliyev beynəlxalq hava limanı 6171 uçuşda 815 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 23 faiz çoxdur.

Hava limanının məlumatına görə, beynəlxalq marşrutlarda daşınan sərnişinlərin 52 faizi xarici aviaşirkətlərin, qalanı milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 380 mindən çox, “Azərbaycan Hava Yolları”351 min sərnişin daşıyıb. Bu dövrdə Naxçıvan istiqamətində isə milli aviadaşıyıcı tərəfindən 745 uçuş həyata keçirilib, 85 mindən çox sərnişinə xidmət göstərilib. Tranzit sərnişinlərin sayında da əhəmiyyətli artım müşahidə olunub - 2023-cü ilin iyul ayı ilə müqayisədə təxminən üç dəfə artaraq 36 min nəfər təşkil edib.

Ümumilikdə, 2024-cü ilin 7 ayı ərzində Bakı hava limanı 4,204 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
23
vergiler.az

10Mənbələr