AZ

İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE

İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sonxeber.az musavat.com-a istinadla Tofiq İbrahimovun dosyesini oxucularına təqdim edir:

Tofiq İbrahimov 1954-cü il yanvarın 1-də Qəbələ şəhərində anadan olub. O, 1970-ci ildə Qəbələ şəhər 1 saylı orta məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universitetini), sonra ikinci təhsil kimi Təfəkkür Universitetinin hüquq fakultəsini bitirib. dirnaq modelleri

T.İbrahimov 2004-cü ilin mart ayının 26-da Azərbaycan Prezidentinin sərəncamı ilə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, Azərbaycan Prezidentinin 4 mart 2010-cu il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.

4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezidentin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tofiq İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
13
sonxeber.az

10Mənbələr