AZ

Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov avqustun 29-da Hacıqabul, Şirvan, Salyan, Sabirabad və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə "BusinessTime"a Nazirlikdən məlumat verilib.
Qəbul saat 11:00-dan başlayaraq Hacıqabul rayon, Heydər Əliyev Mərkəzində (Ünvan:Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev: əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı:  [email protected]) və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
16
businesstime.az

10Mənbələr