AZ

Kiyev Vaşinqtonu "F-16" pilotlarının təlim proqramını genişləndirməyə çağırıb

Kiyev "F-16" qırıcıları üçün pilot və texniklərin ABŞ-də təlim proqramını genişləndirməkdə maraqlıdır.

Xezerxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşündə deyib.

“Prezident əlavə hava hücumundan müdafiə vasitələrinin alınmasının vacibliyini, eləcə də ABŞ-də ukraynalı pilot və texniklər üçün təlim missiyalarının genişləndirilməsi zərurətini qeyd edib”, - deyə dövlət başçısının saytında bildirilib.

Avqustun 4-də Volodimir Zelenski Qərb müttəfiqlərinin "F-16"ların ilk partiyasını Kiyevə verdiyini təsdiqləyib. Britaniyanın “The Economist” jurnalının yaydığı məlumata görə, Ukrayna 10 ədəd "F-16" alıb və ilin sonunadək onların sayı 20-yə çatacaq. Ümumilikdə isə Ukraynaya zamanla 79 belə qırıcı verilə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
21
xezerxeber.az

7Mənbələr