AZ

Hansı abituriyentlər Türkiyə-Azərbaycan Universitetinə qəbul ola BİLƏCƏK?

Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasını ümumi balı 500-dən, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarını isə ümumi balı 450-dən az olmayan abituriyentlər seçə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə “Azərtac”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetində tədris ingilis dilində olmaqla Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Ali təhsil müəssisəsinə ixtisas seçimi avqustun 9-dan başlanıb və 19-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
26
turkustan.az

10Mənbələr