AZ

Azərbaycan Rusiyanın “nüvə hədəflərindən biri olub”

Rusiyanın nüvə silahı hədəfləri arasında Azərbaycan da olub, bu barədə Britaniyanın Financial Times qəzeti əldə etdiyi gizli sənədlərə əsasən yazıb.

Sənədlərdə Rusiyanın Nato ilə mümkün münaqişəsi təqdirində Avropa, Qafqaz və Uzaq Şərqdə bir sıra hədəfləri nüvə silahı ilə vuracağı göstərilir.

Sənədə əsasən Qafqazda yeganə hədəf Azərbaycandır.

Azərbaycan Xarici İşlər Nazirliyi məlumatı şərh etmək istəməyib.

Millət Vəkili Rasim Musabəyov isə belə bir mümkün qərarda məntiq görmədiyini deyib.

Sənədlərin Ukrayna ilə müharibədən öncə, 2008-2014-cü illər arası hazırlandığı bildirilir.

Rusiyanın Financial Times-ın bu məqaləsinə reaksiyası hələ ki, yoxdur.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
bbc.com

1Mənbələr