AZ

Nişanlı qızın faciəsi atasının da sonunu gətirdi - YENİLƏNİB

21:40

Cəlilabadın Moranlı kəndində ailə faciəsi baş verib.

Ata və qızı 15 metrlik su quyusuna düşərək boğulublar.

Belə ki, 43 yaşlı Həsənağa Məmmədov qızı, 20 yaşlı Nəsibə Məmmədovanı xilas etmək istəyərkən özü də quyuya düşüb.

"Həsənağanın qohumu bizim yanımızda idi. Zəng gəldi, çıxıb getdi. Ondan sonra bizə xəbər gəldi ki, Nəsibə quyuya düşüb", - deyə mərhumun qohumu bildirib.

--------

16:15

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.

Bu barədə Mynews.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

--------

14:36

Cəlilabadda gənc qız su quyusuna düşüb.

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızı ehtiyatsızlıqdan su quyusuna düşüb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hazırda hadisə yerindədir. Onun düşdüyü quyunun 15 metr dərinliyində olması xilasını çətinləşdirir.

Seçilən
122
12
mynews.az

10Mənbələr