AZ

"Ailə və əmək mübahisələrində barışıq sazişlərinin keyfiyyətli məzmununun formalaşmasında məhkəmələrin rolu" adlı KONFRANS keçirilir - FOTOLAR

Bu gün Gəncədə, Leon Hotel-də "Ailə və Əmək Mübahisələrində Barışıq Sazişlərinin Keyfiyyətli Məzmununun Formalaşmasında Məhkəmələrin Rolu" mövzusunda konfrans keçirilir.

QHT.az xəbər verir ki, tədbir, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının Mediasiya Şurası və Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən təşkil olunur. Tədbir, ailə və əmək mübahisələrinin həlli prosesində barışıq sazişlərinin keyfiyyətinin artırılması və məhkəmələrin bu prosesdəki rolu ilə bağlı müzakirələr aparmağı məqsəd qoyur. 

Qeyd edək ki, konfransın əsas məqsədi, ailə və əmək mübahisələrinin daha effektiv həllinə yönəlmiş barışıq sazişlərinin formalaşması və məhkəmələrin bu sahədəki təsirini araşdırmaqdır. Mütəxəssislərin və hüquqşünasların iştirakı ilə keçiriləcək müzakirələrdə, müasir yanaşmalar və təcrübələr bölüşüləcək.

 

Pərvanə Fərhadqızı
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
3
qht.az

6Mənbələr