AZ

Ərbəin ziyarəti “Azərspeys-1”də canlı yayımlanır

Dünyada ən izdihamlı müsəlman dini toplantılarından olan Ərbəin ziyarətinin tədbirlərinin “Azərspeys-1” peyki üzərindən canlı yayımına başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, Ərbəin ziyarəti zamanı hazırlanan proqram və tədbirlərin fars, ərəb, ingilis, türk və urdu dilində olan canlı yayımı “Azərspeys -1” peyki vasitəsilə 5-dən çox qlobal media qrupunun televiziya şəbəkəsinə ötürülür. Beləliklə, “Azərspeys -1” peyki sayəsində bu ziyarətin maraqlı anları Yaxın Şərq ölkələrinin 500 milyon əhalisinin təxminən 50% izləyicisinə çatdırılır.

Bu həftədən etibarən başlayan və avqustun sonuna kimi İraqın Kərbəla şəhərində keçirilən Ərbəin ziyarətində bu il təxminən 20 milyondan çox insanın iştirakı proqnozlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
14
buta.tv

10Mənbələr