Yasəmən Qaraqoyunlu, AMEA Fəlsəfə və Sosialogiya İnstitunun “Davamlı İnkişafın fəlsəfəsi” şöbəsinin elmi işçisi(Yasəmən Qaraqoyunlu Azərbaycan Milli Məclisinə 1 sentyabr tarixində keçiriləcək növbədənkənar seçkilərdə iştirak edir. Onun namizədliyi 42 saylı Sumqayıt birinci seçki dairəsində qeydə alınıb)XXI əsrin qlobal çağırışları sivilizasiyalararası bərabərhüquqlu əməkdaşlığın təmin edilməsini, sivilizasiyalararası bərabərhüquqlu güc tarazlığının beynəlxalq münasibətlər sistemində hüquqi təsbitini mədəni transformasiyanın baş verməsi zamanı mədəniyyətlərin və sivilizasiyaların homojenləşməsinin qarşısının alınması, mədəni müxtəlifliyin və sivilizasiya identifikasiyalarının qorunmasını tələb edir.Çoxsaylı miqrasiya və urbanizasiya prosesləri nəticəsində baş verən Mədəni transformasiya zamanı Milli identikliyin qorunması, etnik arxetiplərin və sivilizasiya identifikasiyasının mühafizə edilməsi zərurəti son illərdə tədqiqatçıların diqqətini Sivilizasiyaların qorunması, plürallığı və bərabərhüquqlu əməkdaşlığının təmin edilməsi problemlərinə yönəltmişdir və bu istiqamətdəki axtarışlar nəticəsində çoxsaylı konsepsiyalar formalaşmışdır. XXI əsrdə həm mədəni transformasiya problemi, həm də kəskinləşən sivilizasiyalararası qarşıdurmalar diqqətimizi yenidən mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı bərabərhüquqlu əməkdaşlığına, eyni zamanda sivilizasiyalararası qarşıdurma və dialoq problemlərinə, mədəniyyətlərin homojenləşməsi, yox olması təhlükələrinə yönəltməkdədir. Bu isə mədəniyyət və sivilizasiyaların elmi təsnifatının aparılmasını, xarakterik xüsusiyyətlərinin təhlil edilməsini, eyni zamanda, Türk sivilizasiyasının sivilizasiyalararası münasibətlərdə oynadığı rol, sivilizasiyalaarası qarşıdurmalarda Türk sivilizasiyasının gələcəyi, Türk sivilizasiya Hinterlandında fərqli sivilizasiyaların qarşıdurmaları və üzləşməsi məsələlərinə diqqət yetirilməsini zəruri etməkdədir. Sivilizasiya konsepsiyaları, təsnifatı və xarakterik xüsusiyyətləri Sivilizasiya anlayışının təşəkkülü dinamikasının tədqiqi göstərir ki, yarandığı dövrdən bu günə qədər, yəni təqribən 250 il ərzində terminin öz konkret mahiyyətini və məzmununu əldə etmiş elmi bir kateqoriya kimi formalaşması prosesi hələ də başa çatmamışdır. “Sivilizasiya” anlayışının formalaşması dinamikasını tədqiq edən İ.N. İonov bu terminin təkamülündə üç mərhələni ayırd edir. Birinci mərhələ XVIII əsrin ortalarından XIX əsrin ortalarına qədər davam etmişdir. Bu dövrdə “sivilizasiya” anlayışı “tərəqqi” anlayışı ilə eyni müstəvidə işlədilir və hətta bəzən onunla eyniləşdirilir; çünki, sivilizasiya tarixi prosesin düzxəttli-mərhələli inkişafında tərəqqinin əldə edilməsi ilə nəticələnən ən yüksək inkişaf dövrü kimi başa düşülür. Bu dövrdə “sivilizasiya”anlayışı yalnız tək halında işlədilir. Ümumdünya tarixinin gedişi isə ardıcıl şəkildə vəhşilik, barbarlıq və sivilizasiya mərhələlərini keçən düzxəttli inkişaf prosesi kimi anlaşılır. Bu mərhələnin görkəmli nümayəndələrindən A. Ferqüsonu, İ. Hörderi, Sen Semionu, Kontu və baçqalarını misal çəkmək olar.İkinci mərhələ təqribən XIX əsrin ikinci yarısına təsadüf edir. Bu dövrdə tarixi prosesdə hələ də tərəqqi ideyasının hökm sürməsi ilə yanaşı, tədricən ümumdünya tarixində lokal sivilizasiyaların mövcudluğu ilə bağlı fikirlər və konkret tədqiqatlar meydana gəlir. XX əsrin birinci yarısına təsadüf edən üçüncü mərhələdə “sivilizasiya” anlayışı tarixi prosesin aparıcı subyektinə çevrilmiş olur və sosiomədəni supersistem kimi öz varlığını təsbit etməklə bərabər , uzun müddət ümumdünya tarixini səciyyələndirən tərəqqi ideyasının şübhə altına alınmasını mümkün edir. Məhz bu dövrdə Şpenqler, Sorokin, Toynbi kimi mütəfəkkirlər “lokal sivilizasiyalar” konsepsiyasından çıxış edirlər. Bu dövr ərzində onların nüfuzu və təsiri sayəsində tarixi prosesə unitar-mərhələli yanaşma plüral-dövri yanaşma ilə əvəz edilir.Sivilizasiya termini latın dilində şəhər mənasına gələn “civitas” və bir şəhərin sakini mənasında “civis”dən düzəldilmişdir. Sivilizasiya məfhumu ilk dəfə Qərbdə Fransızca olaraq (civilisation) Volter (1694-1778) və Marquis de Mirabeau (1749-1791) tərəfindən işlədilmişdir. İngiltərədə isə 1770-ci illərə doğru bu məfhumdan istifadə etmişlər. Bu dövrdə Fransa və İngiltərədə elit təbəqənin həyat tərzini ifadə edən bu terminin əsas müəyyənedici mənası mədəniləşdirmək (civiliser) olaraq normativ məzmun daşımışdır.Hazırda sivilizasiya məfhumu müxtəlif dəyişikliklərə rəğmən qismən bu mənanı da özündə ehtiva edir. Bu məfhumla son iki və ya üç yüz il içərisində Qərb özünü daha əvvəlki dövrlərdən və çağdaşı olan cəmiyyətlərdən fərqli və inkişaf etmiş olaraq təqdim etmişdir onun insanlarıdır”. “Sivilizasiya” anlayışı termin kimi XVIII əsrdə “mədəniyyət” anlayışı ilə sıx əlaqədə meydana gəlmişdir. Sivilizasiya yüksək tərbiyəli və təhsilli adamların birliyi hesab edilir. Bu insanlar arasındakı münasibətlər əmlak vəziyyətindən və əmək bölgüsündən asılı olan mülki qanunlar və əxlaqi qaydalar ilə tənzimlənir. Mədəniyyət –mənəvi fenomen, fəlsəfi, əxlaqi, hüquqi, dini və bədii idealların, həmçinin normativ dəyər və qaydaların məcmuu kimi müəyyənləşdirilir, Sivilizasiya isə- mədəniyyətin maddiləşdirilməsi, əşyavi-texniki və sosial-siyasi təşkilatların məcmusudur. Məqsəd insanlara öz ictimai həyatlarını sosial-iqtisadi cəhətdən layiqincə təşkil etməyə yardım göstərmək, nisbətən yüksək maddi həyat şəraitini təmin etməkdir”. Fransız maarifçiləri ağıla və ədalətə əsaslanan cəmiyyəti sivil hesab edirdilər. XIX əsrdə sivilizasiya daha çox Qərbi Avropa xalqlarının yüksək mədəniyyətini ifadə etmək, hətta kapitalizmi xarakterizə etmək üçün işlədilirdi. Avropada “sivilizasiya” anlayışını elmi kontekstdә ilk istifadә edәnlәrdәn hesab olunan Adam Ferqüson, onu sosial tәkamülün, antik ənənələrə söykənən ümumtarixi düzxətli təkamülün son yetkin və universal mərhələsi (vәhşilik-barbarlıq-sivilizasiya) kimi dәyәrlәndirdi. Avropada təbiətüstü, nəzakətli, savadlı, sekulyar, kosmopolit, mütərəqqi şəhərlini (civilite) və nicat yolu kimi dəyərləndirilən şəhər həyatını (urbanite) ifadə edən sivilizasiya fenomeni, kobud, cahil, vəhşi, dindar, geriləmiş kəndlini və onun yaşadığı kənd həyatını ifadә edәn kültür (culture) fenomeninə qarşı yönәldi. Elmi ədəbiyyatda sivilizasiya həm mədəniyyətin sinonimi kimi, həm də onun əksi kimi izah edilir. Kant sivilizasiya deyəndə cəmiyyət və şəxsiyyət həyatının xarici tərəfini, mədəniyyət deyəndə isə -onların mənəvi mahiyyətini və yaxud mənəvi potensialını nəzərdə tuturdu. Alman fəlsəfəsində (İ.Kant) sivilizasiya və kültür anlayışları şəxsiyyətin və cəmiyyətin zahiri və mənəvi tərəflərini əks etdirmək baxımından ikiyə bölünmüşdür. Lakin fransız və ingilis düşüncəsində bu terminlər əksər hallarda sinonim kimi işlədilmişlər.XIX-XX əsrlərdə ingilis dilli əsərlərdə mədəniyyət və sivilizasiya çox hallarda sinonim kimi işlədilmişdir. Türk alimi Ziya Gökalp mədəniyyəti regional, milli hadisə, sivilizasiyanı isə-beynəlmiləl, ümumbəşəri hesab edirdi. O, “Türkçülüyün əsasları” əsərində “mədəniyyət” sözünə “kültür” və ya “hars”, “sivilizasiya”ya isə “mədəniyyət” sözünü qarşılıq kimi işlədir. “Kültür milli olduğu halda, mədəniyyət uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil,iqtisadiyyat və texnika ilə bağlı yaşayışların uyumlu-ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlərin toplumsal –ictimai həyatlarının ortaq bir bütünüdür. S. Hantinqtonun fikrincə Sivilizasiya insanların ali mədəni birliyi və mədəni identiklikliyinin ən geniş səviyyəsi olub, insanları başqa bioloji varlıqlardan fərqləndirir S.Hantinqtona görə sivilizasiya kənd təsərrüfatına keçidin mümkün olduğu, oturaq həyatın yer aldığı, yazının meydana gəldiyi, idarəçiliyin müəyyən formasının yarandığı bir vaxtdan başlayır.Sivilizasiyanın mənşəyini din, dil, ictimai institutlar, tarixi birlik ideyalarının mükəmməl yekunu və yüksək mədəni identikliyin təşkil etdiyini yazan Hantinqtonun fikrincə Sivilizasiyalar bir bütündür və onların arasında sərhədlər vardır. Onlar yaranır, inkişaf edir və süquta uğrayırlar. Hantinqton çoxqütblü dünyanın әsasında fәrqli identikliyә malik olan Qәrb, İslam, Hindu, Çin, Buddist, Latın Amerika, Yapon, Afrika, Ortodoks sivilizasiyalarının dayandığını göstәrәrәk yazır: “İnsanlıq tarixinin böyük hissəsini milli dövlətlərin deyil, sivilizasiyaların tarixi təşkil edir” . Göründüyü kimi, Hantinqton öz əsərində əsla Türk sivilizasiyasından bəhs etmir, sivilizasiya təsnifatında doqquz sivilizasiyanın adını çəksədə, bu sivilizasiyalar arasında Türk sivilizasiyasının adını çəkmir, Türk sivilizasiyasını müstəqil varlıq, mədəni tarixi tip kimi deyil, islam sivilizasiyasının alt qrupu olaraq, İslam sivilizasiyasının tərkib hissəsi kimi təsəvvür edir. Bir çox tədqiqatçılara görə, Sivilizasiya dünya tarixində özünü büruzə vermiş və ya indi də fəaliyyətdə olan iri həcmli cəmiyyətlərin özünəməxsus keyfiyyəti kimi başa düşülür ki, bu halda formalaşmış dəyərlər, özünəməxsus sosial və mənəvi həyat tərzi sosiomədəni sistemlərin bir-birindən fərqləndirilməsini mümkün edir. “Sivilizasiya elə bir sosiomədəni birlikdir ki, onun formalaşdırdığı dəyərlər universal səciyyə daşımaqla yanaşı, dünyəvi dinlərin, əxlaq sisteminin, hüququn, incəsənətin, elmin təşəkkül tapmasında mühüm rol oynayır”. Sivilizasiya nəzəriyyəsinin ilk klassiklərindən biri olan N.Y.Danilevskinin tsiklik nəzəriyyəsi O.Şpenqler, A.Toynbi, P.Sorokin və A.Qumilyov tərəfindən inkişaf etdirilsədə, N. Danilevski tərəfindən formulə edilmiş əsaslar dəyişməz qalmışdır.Rus filosofu Danilevski özünün “Rusiya və Avropa” əsərində iddia edir ki, tarixin təbii sistemi indiyə qədər olan inkişafın mədəni-tarixi tiplərini fərqləndirməklə özünü göstərir. Müxtəlif mədəni-tarixi tiplərin məcmusu bəşər tarixini təşkil edir. Danilevskinin müəyyənləşdirdiyi mədəni tarixi tiplər, sivilizasiyalar və yaxud super sosio-mədəni sistemlər ( Misir, Çin, Assur-Babil-Finikiya-Haldey-yaxud qədim semit, Hind, İran, Yəhudi, Yunan, Roma, Amerika tipi-Meksika və Peru tipləri –onlar zorla məhv edilmişlər) və bu tipləri təmsil edən xalqlar bəşəriyyət tarixini birlikdə yaratmışlar. Onlardan hər biri müstəqil olaraq öz yolu ilə, mənəvi təbiətlərinin xüsusiyyətləri və həyatın xarici şəraitinin spesifikası ilə inkişaf etmişdir prioriteti olmalıdır.O, “Rusiya və Avropa” əsərində Avropa ilə Rusiya arasındakı münasibətlərin ziddiyyətli səbəblərini Rusiya və Avropanın bir-birinə yad sivilizasiyalar olmasında görür, hər iki sivilizasiyanın özünəməxsus fərqli identik xüsusiyyətlərinin və tarixi inkişaf proseslərinin, talelərinin olduğunu yazır. Danilevski öz əsərində göstərir ki, Avropa sivilizasiyası heç də universal, müstəsna mədəni tarixi tip deyil, vaxtilə tarixdə mövcud olmuş və bu gün də yaşamaqda olan sivilizasiyalardan yalnız biridir. Bu baxımdan yalnız Avropanın yaradıcı və tərəqqi edən sivilizasiya olması və öz varlığı ilə bütün bəşəriyyəti təmsil etməsi haqqındakı geniş yayılmış fikirlər yanlışdır. Danilevski sivilizasiyaları “mədəni-tarixi tiplər” adlandırır və onları yarada bilmiş xalqları üç qrupa bölür.1) mədəni–tarixi tipləri yaradan mütərəqqi xalqlar.Danilevski 10 mədəni- tarixi tiplərisivilizasiyaları sadalayır. Misir, Assuriya-Babilistan-Finikiya- Haldey (qədim semit), Çin, Hind, İran, Yəhudi, Yunan, Roma, Ərəbistan (yeni semit), Avropa (roman-german). İki sivilizasiya-Peru və Meksika- inkişaflarının erkən çağlarında öz əcəlləri məhv olmuşlar. Danilevskinin fikrincə bu on mədəni-tarixi tiplərin -sivilizasiyaların hər birinin özünəməxsus xüsusi inkişaf tsiklləri və tarixləri vardır və burda bəşəriyyətin (düz xəttli inkişaf konsepsiyasına əsaslanan Qərb tarix düşüncəsində iddia edildiyi kimi-Y.M) ümumi və yaxud universal tarixdən danışmaq olmaz, hər bir mədəni-tarixi tip özünün qədim, orta əsrlər və yeni dövr tarixinə malikdir. Onlardan bəziləri öz tsikllərini başa çatdırmış, digəri inkişaflarının müxtəlif dövrlərində mövcudluğunu davam etdirir.2) Tarixi prosesin neqativ yönlü xalqları - Hunlar, Monqollar, Türklər böyük sivilizasiyalar yaratmasalar da, artıq öz ömrünü başa vurmuş mədəni tarixi tiplərin süqutunu sürətləndirə bilmiş və tarixi prosesi öz aktiv fəaliyyətləri ilə canlandıra bilmişlər.3) Sonuncu qrupa yaradıcı ruhu müəyyən səbəbdən özünü büruzə verə bilməyən və yalnız etnoqrafik material olaraq əhəmiyyət kəsb edən xalqlar aid edilir.Tarixi prosesin tsikllər formasında inkişaf etdiyini irəli sürən “Danilevski mədəni-tarixi tiplərin dövri həyat sürməsindən (təşəkkül, inkişaf və tənəzzül) söhbət açaraq, sivilizasiyaların inkişaf qanunauyğunluqlarının beş prinsipini formulə edir:1. Özünəməxsus dil ailəsi ilə səciyyələnən tayfa birliyi və ya xalqlar ailəsi;2. Xalqın sivilizasiya yaratmaq potensialının həqiqətən də üzə çıxması üçün onun siyasi azadlığının olması zəruridir;3. Bir mədəni-tarixi tipə məxsus sivilizasiyanın başlanğıcı başqa tipdən olan xalqlara ötürülmür. Keçmişdə və ya indi mövcud olan digər özgə sivilizasiyanın az və ya çox dərəcədə təsiri ilə hər bir mədəni-tarixi tip öz sivilizasiyasını yaradır;4. Hər bir mədəni – tarixi tipə xas olan sivilizasiya yalnız onu təşkil edən etnoqrafik elementlər müxtəlif olduqda tam rəngarəng və zəngin olur. Əsl yüksək mədəniyyətin formalaşması üçün müxtəlif “etnoqrafik material” tələb olunur;5. Mədəni-tarixi tiplərin inkişafının gedişi orqanik səciyyə daşıyır və üç mərhələli ömrü olan çoxillik bitkilərin həyatını xatırladır:uzunmüddətli inkişaf dövrü (1),mədəni və siyasi fəaliyyətdə özünü müəyyənetmə mərhələsi (2),sonra isə çiçəklənmə və bar gətirmə dövrü (3),öz yaradıcı potensialının çiçəklənmə dövrünü başa vurduqdan sonra sivilizasiya daxili qüvvələrini tükədərək, həlledilməz ziddiyyətlərə, konfliktlərə düçar olur və daşlaşır”.Danilevski Mədəni tarixi tiplərin böyük etno-linqvistik ailə qruplarına uyğun gəldiyini yazaraq göstərirdi ki, bu linqvistik etnoqrafik qruplardan yeddisi Ari İrqə -Hind –Avropa dil qrupunun təmsilçilərinə aiddir və onlardan beşi –iran, ellin, latın, german, sanskrit - özlərinin tam müstəqil sivilizasiyasını yaratmışlar. Altıncı Kelt dil qrupuna məxsus olanlar siyasi müstəqillikləri olmadığı üçün inkişaflarının etnoqrafik mərhələsindən irəliyə adlaya bilməmişlər və öz sivilizasiyalarını yarada bilməmişlər. Bu dil qrupunun daşıyıcılarından yeddincisi slavyanlardır ki, onların böyük hissəsi Rus çarlığının hakimiyyəti timsalında siyasi müstəqilliyə malik olmaqla öz sivilizasiyalarını yaratmışlar. N. Danilevski özünün sivilizasiya təsnifatında Misir, Assuriya-Babilistan-Finikiya- Haldey (qədim semit), Çin, Hind, İran, Yəhudi, Yunan, Roma, Ərəbistan ( yeni semit), Avropa (roman-german), Peru və Meksika sivilizasiyalarını sadalayır. Lakin bu sivilizasiyaların içində də Türk sivilizasiyasının adı nəinki çəkilmir, əksinə Türkləri sivilizasiya yaradan xalq kimi deyil, Tarixi prosesin neqativ yönlü Sivilizasiya dağıdan xalqı kimi xarakterizə edir.Danilevski Hunları, Monqolları, Türkləri böyük sivilizasiyalar yaratmasalar da, artıq öz ömrünü başa vurmuş mədəni tarixi tiplərin süqutunu sürətləndirən və tarixi prosesi öz aktiv fəaliyyətləri ilə canlandıra bilən tarixin neqativ yönlü xalqları hesab etmişdir. Qeyd edək ki, Danilevskinin sivilizasiya təsnifatı və Türklər haqqında subyektiv mülahizələri heç bir elmi əsasa cavab vermir. Belə ki, Hunları və Türkləri ayrı xalqlar kimi təqdim edən Danilevski Türk tarixindən bixəbər olduğunu ortalığa qoyur. Artıq çoxdan tarixə məlumdur ki, Hunlar Türklərdən ayrı bir xalq və ya dövlət deyil, Türklərin İslam öncəsi tarixlərdə qurduqları dövlətlərdən biridir, Türk dövlətidir. Eyni zamanda Danilevskinin sadaladığı on mədəni tarixi tiplər də dünya sivilizasiya tarixini tam əks etdirmir. Beləki, bu sivilizasiyalardan daha qədim olan Anadoludakı- Hetit, Hürrit, Urartu mədəniyyətlərinin adları çəkilmir. Əgər Danilevski, adını çəktiyi İran sivilizasiyasının mahiyyətinə varmır, bu sivilizasiyanın üç seqmentdən- 1. Midiyayaqədərki iltisaqi dilli xalqların mədəniyyəti (Aratta, Manna, Elam, Midiya), 2. Fars mədəniyyəti (Əhəməni, Sasanlı, Pəhləv), 3. Türk mədəniyyəti (Parfiya, Qəznəli, Səlçuklu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Avşar, Qacar) ibarət olduğunu aydınlaşdırmadan, İran sivilizasiyasını min illərlə inşa edən Türkləri görməzdən gələrək İranı müstəqil Fars sivilizasiyası kimi təqdim etməyə cəhd edirsə, Hantinqton da İslam mədəniyyətinin Abbasilərdən sonra qurucu ünsürü olan Türklərin adını çəkmir. Hantinqtonun təsnifatında Türk mədəniyyəti İslam sivilizasiyası içində “əridilir”. Danilevski Slavyan sivilizasiyasının Rusiya dövləti tərəfindən qurulduğunu və təmsil edildiyini yazsa da, Türk sivilizasiyasının Hunlar, Göytürklər, Qəznəlilər, Səlçuklular, Osmanlılar, Səfəvilər, Qızıl Orda, Baburlar tərəfindən təmsil olunduğunu yazmır, bu dövlətlərin İslam öncəsi və İslamdan sonrakı tarixlərdə, Orta Doğuda, Hindistanda, İranda, Anadoluda, indiki Rusiya torpaqlarında, Misirdə, Suriya və İraqda qurduğu parlaq mədəniyyəti görməzdən gəlir.Türklərin İran, Semit-İslam, Xristian, İudaist mədəniyyətlərində qurucu ünsür olduğunu, İran, Hind, İslam sivilizasiya quruculuğunda aktiv iştirak etdiyini yazmamışdır. Fikrimizcə, Panslavyanist görüşləri onu tarixi-elmi gerçəkləri görməkdən və obyektiv olmaqdan məhrum etmişdir. Danilevski hesab edir ki, hər bir mədəni-tarixi tip bəşəriyyətin çoxşaxəli həyatına özünəməxsus töhfəsini verə bilir. Onun fikrincə, xüsusi müstəsna rol oynayan mədəni-tarixi tip ola bilməz, çünki, onlardan heç biri ictimai həyatın “birdəfəlik”, yəni universal forma və dəyərlərini yaratmaq iqtidarında deyil.Rus alimi İ.M.Kobişanov isə sanki Danilevskiyə cavab vermişdir. O, özünün “Şimali Yevraziya Rusiyanın etnokonfessional strukturunda islam sivilizasiyası” adlı məqləsində yazır: “X-XII əsrlərdə indiki Rusiya ərazisində xristianlığın yenicə yayılmağa başladığı bir zamanda… Xarəzm, Mavəraünnəhr, Azərbaycan, kiçik Asiya və bu kimi ərazilərdə İslam sivilizasiyası çiçəklənməyə başlamışdır… Köçəri türklər və mədəniyyət baxımından onlara yaxın olan monqollar- Şimali Yevraziyanın Hun sülaləsi, Türklərin Aşin sülaləsi, monqolların Çingiz xan dinastiyası ilk qüdrətli dövlətlərini yaratmışlar. Şərqi Avropa tarixində Xəzər xaqanlığı və Qızıl Ordanın rolu xüsusilə böyük olmuşdur”. Alman filosofu Osvald Şpenqler də Danilevski kimi tarixi inkişafa avropamərkəzli baxış əsasında yanaşmanın kökündən yanlış olduğunu iddia edir və qeyd edir ki, vahid dünya mədəniyyəti və sivilizasiyası yoxdur və ola da bilməz. Şpenqler bildirir ki, mədəniyyətlər-orqanizmlərdir, dünya tarixi isə onların kollektiv tərcümeyi-halıdır. Hər bir böyük mədəniyyətin ilkin simvolu, yəni ideal forması vardır. Bu ilkin simvol (və ya “prasimvol”) özünü sosiomədəni həyatın bütün sahələrində (elm, incəsənət, din və s.) büruzə verir və məhz bu xüsusiyyətinə görə də, bir mədəniyyəti digərindən ayırmaq mümkündür. Hər bir mədəniyyət öz inkişafında canlı orqanizmin həyatına müvafiq gələn uşaqlıq, gənclik, yetkinlik və qocalıq mərhələlərini yaşayır. Başqa sözlə, mədəniyyətlər yaranır, inkişaf edir və öz daxili potensialını başa vurduqdan sonra məhv olub gedirlər təmin etməkdir. Şpenqlerə görə, mədəniyyətin yaranması sanki bəşəriyyətin uşaqlıq çağının ruhundan əmələ gələn “böyük canın” doğulmasıdır. Mədəniyyətin ruhu (və ya canı) xalqlar, dillər, təlimlər, dövlətlər formasında öz potensiyasının imkanlarını tam şəkildə reallaşdırdıqdan sonra tənəzzülə uğrayır və bu zaman mədəniyyət sivilizasiyaya keçir.Şpenqler sosiomədəni sistemin bütün həyatını deyil, onun ömrünün yalnız son mərhələsini sivilizasiya kimi başa düşür. Sivilizasiya mərhələsi kosmopolitizm ideyasının və meqapolislərin yaranması ilə səciyyələnir. Mədəniyyətə xas olan ailəyə, evə, qohumlara və vətənə bağlılıq kimi keyfiyyətlər aradan qalxır, əsl dinin əvəzinə metafizika, xalqın əvəzinə kütlə, torpağın məhsuldarlığı əvəzinə pul, ənənəvi dəyərlərin əvəzinə qondarma həyat tərzi gəlir. Sivilizasiyanın bu halı xeyli müddət uzana bilər, lakin əvvəl-axır bu gediş süqutla nəticələnir və böyük mədəniyyətdən sadəcə “etnoqrafik material” qalır. Canlı orqanizmin ömrünə bənzəyən hər bir sivilizasiyanın həyatı özünəməxsusdur, təkrarsızdır və buna görə də onun daxilinin başa düşülməsi tədqiqatçının sənətkarlıq məharətini tələb edir. Şpenqlerin fikrincə, hər bir mədəniyyət və ya sivilizasiya dövlət qurumları vasitəsilə formalaşır və təmsil olunur. Şpenqler səkkiz - Misir, Hind, Babil, Çin, Apollon (yunan-roma), Magik (bizans-ərəb), Faust (Qərbi Avropa), Mayya mədəniyyət və ya sivilizasiya tiplərinin olduğunu, Rus-Sibir mədəniyyətinin isə hələ formalaşmaqda olduğunu yazır. Bu mədəniyyətlərdən heç biri o birisindən üstün deyil, hər biri ayrıca orqanizmdir, özünəməxsus dünyadır, bir-birinə bənzəmirlər və bütöv halda öz həyatlarını yaşayırlar. Göründüyü kimi, Şpenqlerin sivilizasiya təsnifatı da mübahisələdir. Bu təsnifatda da, Türk sivilizasiyasının adı çəkilmir və elmi-obyektiv mülahizələrdən çox, subyektiv mülahizələrə əsaslanılır. Məsələn bu bölgüdə də qədim Şumer, Elam, Midiya, Hürrit-Hetit, İran-fars-Həxamaniş-Sasanlı, İran- Parfiya-Türk-Səlçuklu mədəniyyətlərinin ümumiyyətlə adları çəkilmir. Və bu mədəniyyətlərin hansı sivilizasiyada təmsil olunması məsələlərinə ümumiyyətlə toxunulmur.Şpenqlerə görə, hər bir mədəniyyətin doğuluşu və ölümü daxili həyat silsiləsindən asılıdır və bu, təxminən min ili əhatə edir. Öz dövrünü tamamlayan mədəniyyət ölür və sivilizasiya mərhələsinə keçir. Mədəniyyətin sivilizasiyadan təməl fərqi odur ki, sivilizasiya ruhsuz intellekt, ölü boylu (ölçü mənasında) olduğu halda, mədəniyyət həyatdır, yaradıcı fəaliyyətdir və inkişafdır. Şpenqlerə görə sivilizasiya mədəniyyətin süqutu və deqradasiyasıdır. Burada insanın mənəvi fəaliyyəti əşyavi-texniki formalar tərəfindən cansızlaşdırılır və əzilir. Şpenqlerin fikrincə mədəniyyətlər orqanizmlərdir, dünya tarixi isə onların kollektiv tərcümeyi halıdır. Lokal sivilizasiyalar təliminin görkəmli nümayəndəsi, böyük ingilis mütəfəkkiri A.Toynbinin 12 cildlik “Tarixin dərki” əsərini sosiomədəni supersistemlərə həsr edilmiş nəzəriyyələrin kuliminasiya nöqtəsi kimi dəyərləndirmək mümkündür. Toynbi sosiomədəni super sistemlərin müqayisəli təhlilini apararaq hazırda beş canlı sivilizasiyanın mövcud olduğunu müəyyənləşdirir: Qərb cəmiyyəti, provaslav – xristianlığı, islam cəmiyyəti, Hindistan cəmiyyəti və uzaq Şərq sivilizasiyası.Toynbi supersistemlərin genezisinə diqqəti cəlb edərək yazır ki, sivilizasiyaların yaranması iki özünəməxsus amildən-müəyyən yaradıcı azlığın mövcudluğundan və ətraf mühitdən asılıdır. Burada ətraf mühit nə çox əlverişli, nə də çox əlverişsiz olmamalıdır. Bu şəkildə sivilizasiyanın yaranması “Çağırış” ilə yaradıcı azlığın “Cağırışa” verdiyi “Cavabın” qarşılıqlı əlaqəsindən asılıdır. Belə ki, ətraf mühit cəmiyyəti çağırışa cavab vermək məcburiyyəti qarşısında qoyur. Əgər cəmiyyət bu çağırışa uğurla cavab verirsə, o halda yeni sivilizasiya yaranır. Beləliklə tarixi proses sivilizasiyaların bir-birini əvəzləməsi istiqamətində davam edir.Toynbi hesab etmişdir ki, sivilizasiyaların inkişafı qeyri-adi, yaradıcı şəxsiyyətlərin səyi nəticəsində mümkün olur. Yaradıcı elitanın , xarizmatik liderlərin “Gedişi” və “Gəlişi” vasitəsilə, cəmiyyət xarici mühitin müxtəlif “Çağırışlarına” yeni uğurlu “Cavablarını” verə bilıir ki, bu da sivilizasiyanın inkişafını təmin edir imkan verir. Toynbi sivilizasiyaların inkişafının son mərhələsi kimi-sarsılma və dağılma prosesini də təhlil edərək yazır:“Sarsılma mərhələsi üç məqamı ilə diqqət çəkir: yaradıcı azlığın qüvvələrinin tükənməsi, çoxluğun azlığı dəstəkləməməsi və buradan irəli gələn üçüncü məqam-cəmiyyətdə sosial birliyin aradan qalxması. Nəticədə hakimiyyətdə qərarlaşan azlıq öz nüfuzunun saxlanılması məqsədilə qüvvəyə əl atmalı olur. Beləliklə, Roma imperiyasına oxşar universal dövlətlər meydana gəlir. Lakin göstərilən cəhdlər sivilizasiyanı dağılma gerçəkliyindən qoruya bilmir”.Dövri səciyyə daşıyan tarixi prosesdən yeganə çıxış yolunu isə Toynbi insanların Allahın dərgahına üz tutmasında görür. Toynbi Müqəddəs Avqustinin ideyasına əsaslanaraq, cəmiyyətin son məqsədinin “İnsan Şəhərinə” xas olan dəyərlərdən imtina edərək, “Allahın Şəhərinə” müvafiq gələn mənəvi dəyərlərin bərqarar edilməsində görürdü”. Toynbi, Qərb sivilizasiyasının gələcəyinə daha inamla yanaşmaq məqsədilə bəşəriyyətin inkişaf gedişinin heç də əvvəlcədən müəyyənləşdirilmədiyini, sivilizasiyaların inkişafında özünü büruzə verən dövrilik prinsipinin gələcəkdə mütləq şəkildə təkrarlanmaq ehtimalının olmadığını yazmışdır. Toynbi də bəşəriyyətin vahid tarixinin mövcudluğunu inkar edir və bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı sivilizasiyaların olduğunu etiraf edir.Toynbi əvvəlcə sivilizasiyanı sadalayır və onlardan yalnız 13- nün öz mövcudluğunu davam etdirdiyini yazır. Toynbinin fikrincə XX əsrə qədər mövcud olmuş otuz sivilizasiyadan hazırda 7 və ya 8 sivilizasiya (xristian, islam, buddist, hinduizm və başqaları) qalıb. Toynbi də N.Danilevski və O.Şpenqler kimi sivilizasiyaların tsiklik inkişaf etdiyini, yaranma, artma, çiçəklənmə, sökülmə və dağılma proseslərini keçdiyini yazır. Toynbiyə görə sivilizasiyalar da insanlar kimi uzaqgörən deyildir. Onlar özlərinin inkişafını təmin edən öz hərəkətlərinin və vacib şəraitin daxili hərəkətverici qüvvəsini axıra qədər başa düşmürlər. A. Toynbi də, sadaladığı sivilizasiyalar içində Türk sivilizasiyasının adını çəkmir və müstəqil mədəni tarixi tip kimi və ya sosio mədəni super sistem kimi xarakterizə etmir.Amerika alimi Pitirim Sorokin isә sivilizasiya ilә bağlı bütün bu konsepsiyaları tәnqid edәrәk, onların yanlış olduğunu әsaslandırdı. Sorokinin fikrincә siviliaziya tәdqiqatçıları mәdәni sistemlәri sosial sistemlәrlә (qruplarla) qarışıq salaraq sosial qrupları (etnik, dini, әrazi, dövlәt vә s) vә onların ümumi kültürünü sivilizasiya adlandırıblar. Buna görә dә, onlar sivilizasiyaların sayını müәyyәnlәşdirә bilmәdiklәri kimi, onları müәyyәn etmәyin meyarlarını da dәqiqlәşdirә bilmәmişlәr. Ümumdünya tarixinin inkişaf dinamikasını plüral-dövri istiqamətdən tədqiq edən P.Sorokinin tarixi prosesə plüral-dövri yanaşması özünün dalğavari xarakteri ilə səciyyələnir. P. Sorokinin konsepsiyasında tarixi proses mədəni supersistemlərin və ya mədəni tiplərin bir-birini əvəzləyən dalğavari dinamikası ilə xarakterizə edilir. Sorokinin plüral-dövri nəzəriyyəsində, əvvəlki plüral-dövri nəzəriyyələrdən fərqli olaraq, sosiomədəni sistemin tənəzzülü və ya süqutu baş vermir. Sorokinə görə, hər bir mədəni tipə dünyagörüşünün müxtəlifliyi xarakterikdir. Sorokin bu mədəni tipin-mədəni supersistemin üç təzahür formasını müəyyənləşdirir.1) ideasional;2) idealistik;3) hissi.Hər bir mədəni tipin tarixi bu üç sosiomədəni supersistemin ardıcıl şəkildə biri digərini əvəzləməsi ilə səciyyələnir. Sorokinə görə sosiomədəni supersistemin birinci formasına, yəni ideasional tipə dünyanın mistik dərki və ya intuitiv idrak xarakterikdir. Bu tip dünyagörüşün əsasında İlahi qüvvəyə olan İnam dayanır. Birinci, İdeasional tipi xarakterizə edən Sorokin bildirir ki, mədəniyyətin bu forması “Allahın fövqəlhissiliyi və fövqəlzəkalılığı prinsipi üzərində qurulur”.İdeasional mədəniyyət tipi üçün rasional idrak, elmi fəaliyyət əhəmiyyət kəsb etmir, əksinə, dünyanın dərkində mistik təcrübə daha önəmli yer tutur; incəsənətdə simvolikliyə, şərtiliyə daha çox üstünlük verilir.İkinci sosiomədəni supersistemi- idealistik tipi Sorokin ideasional dünyagörüşdən hissi dünyagörüşə keçid mərhələsi kimi müəyyən edir. Bu mərhələyə hər iki mədəni tipin xarakterik xüsusiyyətləri xasdır. Belə ki, mədəni sistemin idealistik tipi müəyyən qədər fövqəlhissi və müəyyən qədər hissidir. İdealsitik supersistem üçün həm transsendental dünya, həm də obyektiv şəkildə mövcud olan predmetlər aləmi eyni dərəcədə əhəmiyyətlidir. Üçüncü sosiomədəni supersistem- Hissi tip daşıyıcılarına intuitiv idrak, mistik təcrübə deyil, yalnız zəka ilə əldə edilən biliklər əhəmiyyətlidir. Bu dövrün insanları praktik məqsədlərə meylli olub, həyatdan həzz almağa daha çox meyllidirlər. Onları transendental dünya deyil, predmetlər aləmi üzərində köklənmiş xoşbəxt həyat maraqlandırır. Obyektiv reallığın istismarına olan təmayül özünü sosiomədəni mühitin bütün sahələrində (incəsənət, elm, iqtisadiyyat, həyat tərzi və s.) büruzə verir. Sorokin bu qanunauyğunluğun həm qədim Yunanıstan, həm Avropa, həm də digər mədəniyyətlərin tarixində özünü büruzə verdiyini göstərməyə çalışır. Onun fikrincə, “yunan mədəniyyəti VIII-VI əsrlərdə ideasional, VI-V əsrlərdə idealistik, sonrakı illərdə isə hissi dünyagörüşü ilə səciyyələnmişdir. Avropa mədəniyyəti isə IX-XIII əsrlərdə ideasional, İntibah dövründə idealistik, nəhayət XVII əsrdən etibarən mədəniyyətin hissi tipi ilə səciyyələnmişdir”. Sorokinin fikrincə, Sivilizasiyalar və ya sosiomədəni sistemlər olduqca müxtəlif həyat yolu keçirlər və əgər bəziləri həqiqətən də bioloji orqanizmin həyatına bənzər ömür sürürlərsə, digərləri bir neçə çiçəklənmə və ya tənəzzül dövrünü yaşaya bilirlər Təməl (məhvər) vaxt (sivilizasiya) konsepsiyası K.Yaspersin kulturoloji dünyagörüşündə əsas anlayışlardan biridir. Bu elə bir dövrdür ki, sivilizasiyaların sonrakı inkişafı üçün ox rolunu oynayır və gələcək dövrlər onun ətrafında fırlanır. Yaspers b.e.ə. 800-cü ildən 200-cü ilə qədər olan dövrü-təməl vaxt adlandırır. Onun fikrincə, dünya sivilizasiyasının bütün sonrakı inkişafının miqyasını və problemlərini məhz həmin vaxt müəyyənləşdirmişdir. Yaspersə görə, həmin dövrdə dünya mədəniyyətinin “üç yuvası”nda tamamilə yeni dəyərlər irəli sürən dini-etik təlimlər meydana gəlmişdir. Həmin dəyərlər o qədər dərin və universaldır ki, bu gün də öz aktuallığını itirməmişlər. Aralıq dənizinin Şərq sahilindəki bölgədə (Qərbin başlanğıcı)-Fələstin peyğəmbərləri, Zərdüşt, Yunan şairləri, filosofları və tarixçilərinin təlimləri; Hind bölgəsində -Buddanın nəsihətləri; Çində -Daosizm və Konfutsiçilik təlimləri meydana gəlmişdir. Dünya mədəniyyətinin inkişafında Yaspers “iki nəfəs”in olduğunu göstərir. Birinci “Prometey dövrü”ndən (oddan istifadə, nitqin və əmək alətlərinin yaranmasından) başlayır və qədim dövrün “böyük mədəniyyətləri”ndən keçərək təməl vaxta gətirir. İkinci isə -“yeni Prometey dövrü”ndən (indiyə qədər davam edən elm və texnika dövründən) başlayaraq və gələcək “böyük mədəniyyətlər”dən keçərək “insanın həqiqi təşəkkülü”ilə bağlı olacaq hələ uzaqda olan ikinci təməl vaxta aparır. Yaspersin fikrincə təməl vaxtda yaranan və qədim dövrdəki “böyük mədəniyyət”ə malik xalqlar tərəfindən mənimsənilən universal mədəni dəyərlər nəticədə həmin xalqların mədəni özünəməxsusluğunu itirməyə gətirib çıxardı. Bu isə daha əhəmiyyətli dünya mədəniyyətlərinin vahid ümumbəşəri mədəniyyətə doğru inkişafının vektorunu müəyyənləşdirir.Təməl vaxt-bütün dünya mədəniyyətlərini seçim qarşısında qoyur: ya doğulmaqda olan dünya mədəniyyətinə assimilyasiya olmaq, ya da məhv olmaq. K. Yaspers “Tarixin mənası və təyinatı” əsərində sivilizasiyanın bir-birini əvəz edən üç tarixi mərhələdən keçdiyini yazmışdır: -Tarixə qədərki sivilizasiya-dövlətin meydana çıxdığı dövrə qədərki sivilizasiya;-Dövlətin meydana çıxmasından sonra formalaşmış sivilizasiya;-Ümumdünya tarixi epoxasının yaratdığı sivilizasiya”. Azərbaycan alimi Rahid Uluselə görə, Sivilizasiya proseslərinin öyrənilməsində əldə olunan ümumiləşdirilmiş əsas qənaətlərə görə, sivilizasiya- qlobal tarixi tsikllərlə mərhələnən, daim transformasiyaya uğrayan struktur hadisə, daim bir-biri ilə toqquşma vəziyyətində olan, bir-birini əvəz edən, mədəni müxtəliflikləri özündə daha geniş miqyasda sintez edən məkan-hadisə, müəyyən bir dinin və onun çevrəsində formalaşmış mədəniyyətin nüvəsində təşəkkül tapan və həmin din və mədəniyyəti də öz genotipində özülləşdirərək inkişaf etdirən fenomenal prosesdir. Onun fikrincə, Bəşəriyyət tarixinin son beş min ilində mövcud olan lokal sivilizasiyaların dövri olaraq nəsil dəyişmələri baş verir. E.ə. birinci minilliyə qədər Qədim Misir, Mesopotamiya, kiçik Asiya, Hindistan və Çin sivilizasiyaları nəsli planetin sivilizasiyalaşmasının ilk təməl mərhələsini yaradır. Bu nəsildən bir neçə sivilizasiya-Misir, Şumer, Het növbəti mərhələyə adlaya bilmir. İkinci mərhələdə Hindistan, Çin, Fars sivilizasiya subyektləri öz müstəqilliyini və dinamikasını saxlamaqla Aralıq dənizi hövzəsinin sivilizasiyalar nəsli önə çıxır.İmperializm epoxasına qədər Asiya, Avropa və Amerika sivilizasiyaları nəslinin bir-birini əvəzləməsi, bir-birinə qaynayıb qarışması... prosesi baş veririr. XIX əsr və XX əsrin birinci yarısında Qərbi Avropa sivilizasiyası dünya ölkələrinin əksəriyyəti üzərində hakim olsa da, xeyli dərəcədə dəyişikliyə uğramış, ancaq kifayət qədər modernləşə bilməyən lokal Asiya sivilizasiyaları mövcudluğunu davam etdirirdi. Həmin dövr üçün beş üçüncü nəsil sivilizasiyası müəyyən edilir: Qərb, pravoslav, Uzaq Şərq, İslam və İnduist sivilizasiyaları. XX əsrin sonundan başlayaraq sənayedən sonrakı dünya sivilizasiyasının təşəkkülünün mühüm fazası kimi-lokal sivilizasiyaların dördüncü nəslinin özünütəsdiq prosesi müşahidə edilir.Sivilizasiyaların tərkibi getdikcə daha çox müxtəlif, mürəkkəb quruluşlu və diferensial xarakterli olur. Hazırda dünyada sivilizasiyaların Qərb qrupunda – özünün subsivilizasiyaları kompleksindən ibarət olan Avropa, Avstraliya, Şimali Amerika, Latın Amerikası sivilizasiyaları, Sivilizasiyaların Şərq qrupunda –İslam, Türk, Yapon, Çin, Hind, Afrika və Okeaniya sivilizasiyaları vardır. Biz Rahid Uluselin bu sivilizasiya bölgüsünü daha obyektiv hesab edirik və qeyd edirik ki, Sivilizasiyaların Şərq qrupundakı –İslam, Türk, Yapon, Çin, Hind, Afrika və Okeaniya subsivilizasiyalarının hər biri müstəqil mədəni tarixi tip kimi ümumdünya tarixində özünəməxsus rol oynamışlar və bir çoxları paralel zaman kəsiyində mövcud olduqları üçün qarşılıqlı əlaqələr və sintez prosesləri keçirmişlər. Məsələn Türk sivilizasiyası İslam, Hind, Çin, Afrika sivilizasiyalarının inkişafında ciddi rol oynamış, bu sivilizasiyalarla qarşılıqlı əlaqələrə girərək, onların içində Türk seqmentinin və tarixinin yaradılmasına səbəb olmuşlar. Məsələn Çində- Türk Tabğaclar, Hunlar, Moğollar, Hindistanda – Sakalar, Kuşanlar, Ağhunlar, Qəznəvilər, Baburlular, Misirdə - Tolun oğulları, İşxidilər, Məmlüklər, İslam içində- Abbasilərdən sonra, b.e. X əsrindən XX əsrin əvvəllərinə qədər mövcud olan Türk İslam dövrü, Qaraxanlılardan-Osmanlı Xilafətinə qədərki min illik dövr Türk sivilizasiyasının İslam tarixi içindəki zəfəri və yüksəlişi dövrüdür. Hindistan, Misir, Çin, İran, İslam tarix və sivilizasiyaları Türk mədəniyyətindən , Türk tarixindən müstəqil mövcud deyildir, ayrı öyrənilə bilməz, xarakterizə edilə bilməz. Türklər bu sivilizasiyaların quruculuğunda aktiv iştirak etdiklərinə görə, Danilevskinin qeyri-elmi mülahizələrinin əksinə olaraq deməliyik ki, Türklər tarixin neqativ yönlü sivilizasiya yıxıcı xalqı deyil, Afro-Avrasiyada mövcud olan bir çox sivilizasiyaların quruculuğunda və yüksəlişində aktiv rol oynayan tarixin müsbət yönümlü sivilizasiya qurucu millətidir. Lakin Türkləri başqa millətlərdən fərqləndirən əsas xüsusiyyət odur ki, Türklər sadəcə müstəqil mədəni-tarixi tip olan Türk sivilizasiyasını qurmamışlar, həm də Hind, Çin, İran, Misir, İslam sivilizasiyalarının quruculuğunda aktiv iştirak etmişlər.Rusiyalı alim Boris Nikolayeviç Kuzık sivilizasiyaların təsnifatı zamanı dünya sivilizasiyasının ardıcıllıqla bu mərhələlərdən keçdiyini yazır: Təxminən beş min il bundan əvvəl, yəni, b.e.ə IV minilliyin sonunda planetimizdə əhalinin sıx məskunlaşdığı nəhəng dövlət və dövlət birliklərində ilk lokal sivilizasiyalar formalaşmağa başlamışdır. Ayrı-ayrı mədəniyyətlərin təzahürü kimi erkən sinfi və qədim dünya sivilizasiyalarının mövcudluğu dövründə bu lokal sivilizasiyaların sayı ondan bir qədər artıq olmuşdur. Tədqiqatçılar lokal sivilizasiyaların, adətən iki nəslinin bir-birini əvəz etdiyini vurğulamaqdadırlar. Lokal sivilizasiyaların bir çoxu (Şumer, Elam, Misir, Urarttu, Hetit, Akkad, Babil, Assur, Midiya, Yunan-Roma -Y.M) heç də uzunömürlü olmayıb, qısa bir dövr ərzində mövcud olduqdan sonra tarix səhnəsini tərk etmişlər, lakin bəzi lokal sivilizasiyalar (qədim Hind və Çin sivilizasiyaları) tarixin müxtəlif dönəmlərində eniş və yüksəliş fazalarından keçib çağdaş dövrümüzə qədər mövcudluqlarını qoruyub saxlamaqdadırlar. B.e.ə IV minilliyin sonundan I minilliyin başlanğıcına qədərki tarixi müddət, yəni erkən sinfi münasibətlərin formalaşdığı dövr, ümumdünya sivilizasiyasının inkişafında birinci nəsil hesab edilir).Boris Nikolayeviç Kuzık və Yuriy Vladimoroviç Yakoveçin müəyyənləşdirdiyi 5 nəsil sivilizasiya təsnifatında birinci nəsil sivilizasiyalara e.ə. IV - I minillikləri əhatə edən dövrdə ekvatordan əsasən şimala doğru ensiz bir zolaq boyunca daha çox çay vadilərində - Nildə (Misir sivilizasiyası), Dəclə və Fəratda (Şumer sivilizasiyası), Hinddə (Harappa sivilizasiyası), Yantsızıda (Çin sivilizasiyası), habelə Avropanın cənubunda Minoy sivilizasiyası və indiki İran ərazisində Elam sivilizasiyası daxil edilir. İkinci nəsil sivilizasiyaların (e.ə. IX əsr - b.e.V əsri) mərkəzi Aralıq dənizi hvvzəsinə doğru dəyişir. Bu dövr ilk dünyəvi imperiyaların (Əhəmənilər, Makedoniyalı İskəndərin imperiyası, Roma, Çin) yaranması ilə səciyyələnir. Bu imperiyalar həm də müxtəlif sivilizasiya daşıyıcılarının eyni dövlət daxilində əlaqələri ilə xarakterizə olunur. Yəni sivilizasiyaların həm dialoqu, həm də mübarizəsinə ilk dəfə bu müstəvidə rast gəlinir.Üçüncü nəsil sivilizasiyaların (VI -XV əsrlər) coğrafi sərhədləri Avrasiyanı, Afrikanın böyük hissəsini də əhatə etməklə genişlənir. Bu dövrün əsas xarakterik xüsusiyyəti olaraq cəmiyyətdə dünya dinlərinin təsir gücü və lider rolunun artması faktorları göstərilir.Dördüncü nəsil sivilizasiyalar XVI əsrdən başlayaraq bütün oykumeni əhatə edir, Şimali və Cənubi Amerikaya, Okeaniyaya doğru genişlənir. Bu mərhələ Qərb sivilizasiyasının hakim rolu və iqtisadiyyatın sənayeləşməsi ilə səciyyələnir. Nəhayət, beşinci nəsil sivilizasiya (postsənaye dövrü) müasir dövrdən başlanır. Bu mərhələ sivilizasiyaların bölünməsinin daha da dərinləşməsi (Qərb sivilizasiyasının Avropa, Şimali Amerika, Cənubi Amerika qruplarına, İslam sivilizasiyasının Ərəb, İran, Hind-müsəlman, İndoneziya qruplarına və s.) və sivilizasiyalararası münasibətlərin kəskinləşməsi, sivilizasiyaların əhalinin sayına, iqtisadi inkişaf səviyyəsinə, qlobal məkanda tutduğu mövqeyə görə kəskin qütbləşməsi ilə, yeni dünya nizamının sivilizasiyalararası müstəvidə tənzimlənməsi ilə xarakterizə olunur). Qeyd etməliyik ki, Boris Nikolayeviç Kuzık və Yuriy Vladimoroviç Yakoveçin müəyyənləşdirdiyi 5 nəsil sivilizasiya təsnifatı ilə şərti olaraq razılaşsaq da, bu təsnifata görə coğrafi sərhədləri Avrasiyanı, Afrikanın böyük hissəsini də əhatə etməklə genişlənən Üçüncü nəsil sivilizasiyaları (VI -XV əsrlər) məhz Xristianlıq və Türk –islam sivilizasiyasıdır. Bu genişlənmə və yüksəlmə dönəmlərində -VI-XV əsrlərdə Xristian və İslam-Türk sivilizasiyaları böyük qarşıdurma prosesi keçirmişlər və bu İslam-Xristianlıq dini dünyagörüşlərinin və ekspansiyalarının qarşıdurma prosesində Türklər İslamın müdafiəçisi və yayıcısı rolunda çıxış etmişlər. Bu dövrdə Türk sivilizasiyası İslam sivilizasiyası ilə bütünləşmiş, müştərək sivilizasiya yaranmışdır.Professor A.A.Miqolatyev “sivilizasiyaların fəlsəfəsi” məqaləsində yazır: “Bəşər sivilizasiyasının təqribən 5 min illik və ya 50 əsrlik tarixi keçmişi vardır. Və şüurlu insan təqribən 200 min il və ya 2 min əsr bundan əvvəl Afrikada formalaşmışdır… indiki mənada işlətdiyimiz elmi “sivilizasiya” məfhumu və anlayışı isə yalnız XVIII əsrdə yaranmışdır. “Sivilizasiya”nın yeni elmi anlayışını ilk dəfə Fransa iqtisadçısı, Viktor Mirabo olmuşdur” .Qədim sivilizasiyaların yaranması və qarşılıqlı təsiri və faydalanmasını “Qədim sivilizasiya” kitabında təhlil edən B.B.Pitrovski yazır: “Qədim sivilizasiyaların nailiyyətləri olmasaydı, bizim dünyanın heç bir həlqəsini təsəvvürə belə gətirmək olmazdı. Maddi və mənəvi mədəniyyət sahəsindəki ən mühüm kəşflərin çoxu qədim sivilizasiyalardan qaynaqlanmışlar”. Piatrovski tarixi sivilizasiyaların yaranma nöqtəsi və məkanı kimi Şərq, Antik Qərb, Tropik Afrika, Orta Asiya, Uzaq Asiya, Uzaq Şərq, Yeni Dünya coğrafiyalarının adını çəkir.S.Xəlilova görə, “... Hər xalqın etnosun özünə məxsus spesifik cəhətləri olsada, daha böyük miqyasda eyniyyət məqamlarının olması bir neçə böyük sivilizasiyalardan və mədəniyyətlərdən danışmağa imkan verir”.Nailə Əsədovaya görə, Sivilizasiya kateqoriyası orqanik heterogenliyi və müvafiq mürəkkəb sosial strukturu ilə səciyyələnən mədəni tipi özündə ehtiva edir. Orqanik heterogenlik dedikdə , özündə submədəniyyətlərin funksional differensiasiyasını ehtiva edən vahid sivilizasiyanın bütöv mədəni sistemi başa düşülür. Geopolitik nəzəriyyələrdə sivilizasiyaların əsası 2 mühüm faktorda görülür: quru (tellurokratiya) və dəniz (talassokratiya) hökmranlığı. Tellurokratiya yunan sözü olub, “torpaq vasitəsilə hakimiyyət” və ya “quru hökmranlığı” mənasını verir. Tellurokratiya üçün dəqiq müəyyən edilmiş sərhədlər, təsdiq edilmiş ərazi, oturaq həyat fəaliyyəti, konservatizm, insan qrupları, tayfalar, xalqlar, ölkələr, imperiyaların riayət etdiyi əxlaqi və hüquqi norma və qanunlar xarakterikdir. Qurunun özünün davamlılığı, möhkəmliyi əxlaq normalarının, qanunların və ənənələrin də davamlığını təmin edir. Əxlaq normaları ictimai fikirdə möhkəmlənir, irsən ötürülür, etik norma və prinsiplər məcəlləsi formalaşır. Bu da onunla izah olunur ki, oturaq xalqlara individualizm deyil, kollektivizm hissləri daha yaxındır. Böyük və kiçik qrupların idarə olunmasında iyerarxizm əsas prinsipdir. Ibn Xəldunun elmə gətirdiyi “umran” qərb dillərinə sivilizasiya və mədəniyyət (culture) kimi tərcümə olunmuşdur. “Sivilizasiya” anlayışını “vətəndaş”, “dövlət”, “cəmiyyət”mənasında qəbul edən İbn Xəldun göstərirdi ki, konkret bir dövlət, siyasi quruluş meydana gəlir, inkişaf edir və nəticədə tənəzzülə uğrayır. Sonra yeni dövlət və yeni sivilizasiya yaranır. Belə dövri proses daim baş verir. İbn Xәldun, mәdәniyyәt vә dövlәt anlayışları bir-birini tamamladığı üçün, onları әsasәn vahid “ümran” anlayışı ilә ifadә edir. Ümranın ortaya çıxdığı mühit şәhәr mühitidir. Lakin, şәhәr mühitini yaradan, yәni ümranı cәmiyyәtә gәtirәn güc әsәbiyyәdir. Әsәbiyyә mәdәniyyәtin yaranmasında әsas güc olmasına baxmayaraq, dinin fövqündә mәdәniyyәt yaratmaq iqtidarında deyildir. Çünki mәdәniyyәtin cismi әsәbiyyә, onu idarә edәn vә tәnzimlәyәn isә din olur. İbn Xәldun mәdәniyyәtin yaranmasını passionarlığın vә dini birliyin tәmin olunmasında, onun inkişafını elmlәrin inkişafında, süqutunu isә mәnәvi-әxlaqi keyfiyyәtlәrin zәiflәmәsi ilә әlaqәlәndirir. İbn Xəldun sivil həyatın dağılmasının bir sıra əsas səbəblərini aşağıdakı qaydada göstərmişdir: 1) qarşılıqlı əlaqə və həmrəylik münasibətlərinin zəifləməsi, cəmiyyətin bütövlüyünün pozulması; 2) dinin zəifləməsi nəticəsində insanlar arasındakı normal münasibətlərin pozulması; 3) hakimiyyətin xalqdan uzaqlaşıb özgələşməsi, ona görə də idarəçiliyə xaricdən məmurların dəvət edilməsi; 4) özbaşınalığın, zalımlığın və qorxu hissinin güclənməsinin təzahürü kimi tiraniyanın yaranması; 5) hakimiyyət tərəfindən ədalət prinsipinin pozulması və bunun nəticəsində sosial təbəqələşmənin baş verməsi;6) zinət və israfçılığa meyl və şəhər mədəniyyətinin pozulması. Sivilizasiyanı maddi mədəniyyətin sinonimi hesab edənlər isə göstərirlər ki, sivilizasiya təbiət qüvvələrini mənimsəməyin kifayət qədər yüksək pilləsi kimi özündə texniki tərəqqinin güclü enerjisini daşıyır və maddi nemətlər bolluğunu yaratmağa kömək edir edilməsində görür. Yusif Rüstəmova görə, Sivilizasiya mədəniyyətə nisbətən daha geniş məfhumdur, o, özünün bütün təzahürlərində beynəlmiləldir. Sivilizasiya mədəniyyətin özünün mürəkkəb varlığını xarakterizə edir. Alman sosioloqu Ferdinand Tonnis mədəniyyət və sivilizasiyanın bir-birinə zidd olduğunu, sivilizasiyanın industrial cəmiyyəti ifadə etdiyini, industrial cəmiyyətin isə ailə-tayfa əlaqələrinə, mənəvi yaxınlığa, qarşılıqlı qayğıya əsaslanan insanların ənənəvi münasibətlərini dağıtdığını, fayda prinsipinə əsaslanan utilitar münasibətlərlə əvəz etdiyini yazır. O.Şpenqler mədəniyyəti üzvi, yaradıcı mənəvi hadisə hesab edərək, onu utilitar, texnoloji, maddi hadisə olan sivilizasiyaya qarşı qoyur.F.Engels sivilizasiyanı bəşəriyyətin inkişafında tarixi mərhələ hesab edərək yazır: “Sivilizasiya ictimai inkişafın elə mərhələsidir ki, burada əmək bölgüsü, ayrı-ayrı insanlar arasında bundan doğan mübadilə və bu iki prosesi birləşdirən əmtəə istehsalı tam yüksəlişə çatır və bütün əvvəlki cəmiyyətdə çevriliş edir". Ağayar Şükürova görə, sivilizasiya müxtəlif xalqların və regionların mədəniyyətinin inkişafında müəyyən mərhələ hesab edilir. Sivilizasiya və mədəniyyət anlayışı bir-birilə sıx bağlıdır və bu əlaqənin əsasında müəyyən mədəniyyət konvensiyası durur. Amerikan kulturoloqları Alfred Luis Kreber (1876 - 1960) və Klayd Klakxon (1905 -1960) “mədəniyyət” sözünün 164 mənasının siyahısını tərtib edərkən göstərmişlər ki, bunların əksərində “sivilizasiya” və “mədəniyyət” anlayışlarına eynimənalı məfhum kimi baxılır və ya oxşar mənalarda verilir.Sivilizasiya konsepsiyaları içərisində “tarixi və qeyri tarixi xalq” konsepsiyası, Hegelin əxlaqın inkişafının üç mərhələsi (ailə, vətəndaş, cəmiyyət və dövlət) ideyası, Kantın təkamülün üç mərhələsi (teoloji, metafizik, pozitiv) fikri, Marksın ictimai-iqtisadi formasiyalar təlimi və s. nəzəriyyələr meydana gəlmişdir”. Bəşəriyyət tarixində “tradision” və “texnogen” tipli sivilizasiyaları ayırmaq olar. Texnogen sivilizasiya inkişafın elə xüsusi tipidir ki, onun əsasını istehsal və idarəetmənin texnologiyasındakı fərq təşkil edir. Bu termin erkən kapitalizmin təşəkkül tapdığı dövrdə yaranmış və yarandığı bölgənin adı ilə “Qərb” sivilizasiyası adlanır, “Texnogen sivilizasiya”dan tarixən daha əvvəl sivilizasiyanın erkən tipiənənəvi cəmiyyət mövcud olmuşdur. Qədim Hindistan və Çin, Qədim Misir və b. -ənənəvi cəmiyyətin əyani nümunəsidir. Yeni texnologiyanı, elmi, təhsil sistemini mənimsəmək ilə əlaqədar olan modernləşmə prosesi tradision mədəniyyətlərin təməl dəyərlərinin transformasiyasını yaratdı. “Bu prosesdə tradisyon mədəniyyətlərin çoxu dağıldı, müvafiq cəmiyyətlər texnogen inkişaf yoluna keçdi. Lakin yalnız itirmə deyil, müvəffəqiyyət də olmuşdu”. İranın keçmiş prezidenti d-r Xatəminin yazdığına görə “Sivilizasiyaların aydın və məlum sərhəddi, dürüst yaranma tarixi və sonu məlum deyildir”. Sivilizasiyanın sərhədləri təkcə cografi məna daşımayıb, həm də insanların qəlbindən keçir...İnformasiya dövründə bu sərhədlər qeyri-müəyyən olub asanlıqla keçilir. Etnik-milli və etnikkonfessional münaqişələr, sivilizasiyalar arasında qarşıdurma xətləri elan edilməmiş müharibənin əsas cəbhə xəttinin yerləşdiyi sivilizasiya “qırçınları” yaradır.Kristofer Dauson, Maks Veber (1864-1920) dini sivilizasiyanın əsas xarakterik xüsusiyyəti hesab edirlər. K. Marksın ictimai formasiyaların (həmçinin, kapitalizmin) maddi əsaslar üzərində yaranması ilə bağlı təliminə qarşı çıxaraq, xristianlığın (protestantlıq qolunun) sivilizasiya yaradan üstün bir din olduğunu bildirən Maks Veber, Qərb sivilizasiyasının üstünlüyünü və orada ortaya çıxan kapitalizmin inkişafını təmin edən ruhun “protestantlığın əmək etikası” ilə bağlı olduğunu vurğulayır və və qeyd edir ki, Protestantlığın əmək etikası”nda maddiyyat və maddi dəyər ilahi rəhmətin bir təcəllisidir.Maddi inkişaf və maddi zənginlik əldə etmək vasitəsilə ilahi rəhmətə yaxınlaşmaq mümkündür. Məhz bu prinsiplərin əks olunduğu protestantlıq kapitalizmin ruhu idi. Bir zamanlar, katolik kilsə ənənəvi monarxiya rejimlərinin qorunub saxlanılmasına necə xidmət edirdisə, protestantlıq da dini ideologiya kimi, yeni istismarçı kapitalizm sisteminin ənənəçilər üzərində qələbə çalmasına və onun qorunmasına xidmət etmişdir. S. Hantinqtonun təsnifatında da səkkiz sivilizasiyadan beşi (Qərb-xristian, Konfutsi, İslam, Hindu, Slavyan-Pravoslav) dini identifikasiyaya görə qruplaşdırılmışdır. Dini sivilizasiyanın məhsulu kimi göstərən A. Toynbi isə yazır ki, “Xristianlıq yunan-roma və suryani sivilizasiya daşıyıcılarının mədəniyyətlərinin izdivacından doğulmuşdur”. Səlahəddin Xəlilov isə dinə sivilizasiya yaradıcı element kimi baxmır: “Əgər “sivilizasiya” anlamı dini dəyərlərlə sıx bağlı olsaydı, onda müxtəlif dinlərə uyğun olaraq müxtəlif sivilizasiyalardan danışmaq olardı. Onda xristian sivilizasiyası “İncil”lə, İslam sivilizasiyası “Quran”la yaşıd olardı. Və ancaq bu halda, dini-əxlaqi dəyərlər ön plana çəkildikdə müəyyən dövrlər üçün geriyə hərəkətdən də danışmaq olardı. Çünki bəşəri inkişafın bir çox mühüm mərhələləri, həm də məhz sivilizasiya anlamı ilə daha çox səsləşən mərhələləri dini dəyərlərə yaxınlaşmaq deyil, onlardan uzaqlaşmaq meyli ilə bağlıdır”. Bu məqalədən də göründüyü kimi 1. Sivilizasiyaların təsnifatı və tipologiyası haqqında L. H. Morqan, A.C.Toynbi, O.Şpenqler, S.Hantinqton, N.Danilevski, M.Xatəmi, P.Sorokin, M. Veber, A. Veber, F. Beqbin, K. Kuiqli, A. Dugin, Azərbaycanda R.Mehdiyev, S. Xəlilov, A. Şükürov, H. Hüseynov, Y. Rüstəmov, R.Aslanova, Ş. Zeynalov, N. Əsədova, R. Ulusel, Ə. Həbibbəyli, Türkiyədə Z. Gökalp, A, Davudoğlu, C.Meric və. b. çox saylı tədqiqatçılar əsərlər yazsalar belə, sivilizasiyaların tipologiyası və xarakteri haqqında ortaq meyarlar müəyyənləşməyib. Özəlliklə Avropa və Rusiyada sivilizasiyaları tədqiq edən önəmli tədqiqatçılar Türk sivilizasiyasından əsla bəhs etməmişlər, türkləri Tarixdən “çıxarmışlar”. Lakin biz, Rus filosofu A Duginin Rus sivilizasiya varlığını müdafiə etmək məqsədi güdən, əslində isə bütün sivilizasiyaların, o cümlədən Türk Sivilizasiyasının XXI əsrdə qurulmaqda olan çox qütblü kürəsəl sistemdə əsas geosiyasi qütblərdən və sosio-kültürəl super sistemlərdən biri kimi mövcudluğunu ontoloji və konseptual baxımdan əsaslandıran baxışlarını da qeyd etməyi zəruri hesab edirik. A.Duginin fikrincə, Mədəniyyətlərin və sivilizasiyaların dayanıqlı inkişaf etməsi prinsipinin əsasında mədəniyyətlərin ekzistensianal qaydalarının qəbul edilməsi durur. A. Dugin son 2 min il vә 500 il Qәrbi Avropanın müqәddәratını müәyyәn etmiş Ellin vә Bizans mәdәniyyәtinin üç Loqosunu -Apollonun, Dionisin vә Kibelanın obrazlarını universal struktur kimi qәbul edәrәk Rus mәdәniyyәtini (Rus Loqosunu) vә elәcә dә digәr mәdәniyyәtlәri (Türk mәdәniyyәtini-Y.Q) xarakterizә etmişdir. A. Duginin yazdığına görә, Mәdәniyyәt üç fundamental mәnşәyә malik olan son dәrәcә mürәkkәb koddur. Hәr bir mәdәni mәkanda (mәdәni-tarixi tipdә, sivilizasiyada) mәkanın (amma bu dәfә mәdәni mәkanın) üç ölçüsü kimi - istәr Apollon (İşıqlı Loqos), istәrsә dә Dionis (qaranlıq Loqos) vә Kibela (qara Loqos) ölçülәri –hündürlük, en vә dәrinlik ölçülәri mövcud ola bilәr. Dünya mәdәniyyәtlәrinin vә cәmiyyәtlәrinin rәngarәngliyi bununla bağlıdır ki, hәr mәdәniyyәt vә hәr cәmiyyәt bu üç Loqosun müxtәlif proporsiyalarda vә müxtәlif nisbәtlәrdә özünәmәxsus proyeksiyasından ibarәtdir... Hәr bir mәdәniyyәtin dinamikası vә statistikasızaman vә mәkan –hadisәlәri vә mәnaları özündә saxlayan sahә -varlığın tәzahürü vә başlanğıcıdır. Varlıq özünü mәkan( canlı mәkan, xalqın mәkanı) kimi genişlәndirir vә bununla da ekzistensiya edir, mәkanı mövcud olan edir... Mәkan sivilizasiya zamanının strukturunda yerlәşir. M.Haydeqqer “Qara Dәftәrlәr”әsәrindә “Mәkan xalqın zamanı deyilmi?” sualını verir. Dugin M. Haydeggerin “Daseinlәr çoxluğu” nәzәriyyәsinә әsaslanaraq, mәdәniyyәtin müxtәlif meyarları arasında onun intellektual ifadәsi ilә yanaşı ekzistensial ölçüsünü dә qeyd etmәkdәdir. Dugin insanın dünyada düşünәn mövcudluğunun fenomenoloji baza sәviyyәsini onun әn dәrin köklәrindә müxtәlif hesab edir vә yazır ki, “ bu müxtәliflik elә bir tәmәldir ki, sonralar onun üzәrindә mәdәniyyәt, fәlsәfә, siyasәt, bilik, elm, incәsәnәt binası qurulur”.Duginin fikrincә, “Dasein (düşünәn mövcudluq) insanın dünyada mövcudluğunun kök strukturudur, onun ekzistensiyasının fundamental fonudur. Ölümә münasibәti baxımından Daseini biz hәr sivilizasiya üçün nadir hesab edirik vә mәhz bu ekzistensional çoxluq onların ...әlamәtlәrini vә formalarının müxtәlifliyini irәlicәdәn müәyyәn edir. Dugin yazır: ”Haydeqqerin әsl avropalı kimi etnosentrist olduğuna vә Qәrbi Avropa sivilizasiyasının taleyini bütün bәşәriyyәtin taleyi, Avropa Loqosunu isә universal loqos hesab etmәsinә baxmayaraq...biz bir neçә ekzistensional qütb kimi “Daseinlәr çoxluğu” konsepsiyasını әldә edirik”. Duginin fikrincә, hәr sivilizasiyanın әsasında xüsusi bir “düşünәn mövcudluq”, Dasein dayanır; Bu “düşünәn mövcudluq”, Dasein hәmin sivilizasiyanın strukturunu irәlicәdәn müәyyәn edir, yәni sonradan Daseinin kök strukturu üzәrindә qurula bilәcәk metafizikanın әsasında dayanır; “Düşünәn mövcudluq”, Dasein, onun genişlәnmәsinin nәticәsi olan Loqosun strukturu üçün dә, sivilizasiyanın tarixi varlığının bütün tsikli әrzindә hәmin Loqosun transformasiyası üçün dә cavabdehdir; Sivilizasiyanın Loqosunun konkret spektral strukturunda fәrqlәr onların tәmәlinin müxtәlifliyindәn, yәni “düşünәn mövcudluq”dan, Daseindәn irәli gәlir; Haydeqqerin nәzәrdә tutduğu Avropa, hind-Avropa, ellin, Apollon vә alman Daseini - “Düşünәn mövcudluğun” ekzistensional strukturundakı fәrqlәr bütün başqa sivilizasiyalarda da mövcuddur vә başqa sivilizasiyalarla (Loqoslarla-Y.M) bәrabәr, Rus Loqosunun әsas struktur cizgilәrinin rekonstruksiyasını tәrtib edәrkәn metodoloji konstruksiya kimi istifadә edilә bilәr; Ekzistensial tәhlilә әsaslanaraq mәdәniyyәtlәrin hәm uranik (apollonik, sәmavi), hәm dә xtonik (ana, yeraltı) ölçüsünü bәrpa etmәk mümkündür...Buna misal olaraq köklәri baxımından apollonik olan İran Loqosunu vә ya semitlәrin Titanik Loqosunu, Ellinlәrin ikinci vә törәmә olan Dionis Loqosunu göstәrmәk mümkündür”. Duginin tәdqiqatında Avropa sivilizasiyasının әhatә sahәsindә Daseinin bir neçә versiyası ayırd edilir, Şimali vә Cәnubi Amerika mәdәniyyәtlәrinin Dasein`i ayrıca sahәyә çıxarılır. Duginin fikrincә, “Asiya, Afrika vә Okeaniya özlәrinin hәr bir regionunda ecazkar etnik, mәdәni, intellektual vә ekzistensial özünәmәxsusluğa, tәkçә çalarların deyil, hәm dә rәnglәrin, fiqurların, fikirlәrin vә nәzәriyyәlәrin son dәrәcә zәngin plürallığına malikdir. Ona görә dә geosofiya xәritәsinin tәrtibi Yer kürәsinin insan yaşayan hәr hansı yerindә-istәr texnoloji cәhәtdәn inkişaf etmiş mәdәniyyәtlәr arasında, istәrsә dә, yeni antopologiya cәrәyanının (“mәdәniyyәt” cәrәyanı F.Boas mәktәbi, “sosial” cәrәyan-B.Malinovski mәktәbi, “struktur” cәrәyanı-K. Levi-Stross mәktәbi) nümayәndәlәri tәrәfindәn zәnginliyi, rәngarәngliyi vә orijinallığı aşkara çıxarılmış arxaik cәmiyyәtlәrin, etnosların vә tayfaların arxipelaqlarında davam etdirilә bilәr. Duginin fikrincә hәr bir mәdәniyyәt (sivilizasiya) özünü dünyanın vertikal modelindә orta müstәvi kimi düşünür. Lakin Yerin bütün nöqtәlәri vә müvafiq surәtdә bütün etnoslar vә mәdәni zonalar üçün düzgün olan bu vertikal ortalıq “etnosentrum”mәntiqinә görә (hәm böyük sivilizasiyaların baxışlarında, hәm dә kiçik vә arxaik tayfalar arasında hökmәn rast gәldiyimiz kimi, xalqın yaşadığı mәkanı Yerin horizontal mәkanının mәrkәzindә yerlәşdirmәklә bağlı olan sabit mifoloji praktikaya görә) әtrafdakı bütün fәrqli mәdәniyyәtlәr vә xalqlar ilә tәzad tәşkil edәrәk, horizontal müstәvidә dә tәsdiqini tapır( “etnosentrizm”fenomeni)....Mәrkәz әtraf әrazilәrә nisbәtәn fәrqli vә nadir xarakteristikalara malik olan xüsusi mәkan kimi müәyyәn edilir. Odur ki, horizontal mәrkәzlәrin plürallığı mәsәlәsi “mәdәni nisbilik” vә ya etnosentrumların çoxluğu problemini törәdir. “Hәr bir mәdәniyyәt bunu әsas götürür ki, intellektual Kainatın mәrkәzindә mәhz o yerlәşir”.Dugin hәr bir mәdәniyyәtin öz nadirliyinin, universallığının interperatasiyasına vә tәsdiq edilmәsinә cәhd etdiyini yazır. Bu zaman mәdәniyyәtin Loqosu vә onun әsasında dayanan Dasein başlanğıc nöqtәsi vә nümunә kimi götürülür. Bu yolla etnosentrum formalaşır. İnsan hansı etnosentruma aiddirsә, Loqosun hәmin variantını (demәk olar, hәmişә hәmin etnosentruma vә ya hәmin etnosentrumda normativ sayılana xas olan variant- mәsәlәn, rus “qәrbçilәri” vә ya asiya “qlobalçıları” üçün Avropa kimi) da “universal”, “aşkar”, “Sözsüz başa düşülәn”, “әn yaxşı” hesab edir. Hәr bir sivilizasiyanın (mәdәniyyәtin) strukturunu dәqiq tәfsir etmәk üçün biz özümüzün etnosentrik tәsәvvürlәrimizi onlara proyeksiya etmәkdәn imtina etmәliyik... Bizim sivilizasiyaya mәxsus qiymәtlәndirmә metodlarını vә meyarlarını bütün qalan mәdәniyyәtlәrin tәfsiri üçün universal şkala saymağa sövq edәn öz “etnosentrizmimizi”kәnara qoymalıyıq. Odur ki, mәkanı strukturlaşdıran etnosentrumun semantik strukturuna zidd olaraq öz müstәsnalığımızdan vә impulisit üstünlüyümüzdәn imtina edәrәk, etnosentrumların çoxluğunu vә keyfiyyәtcә bәrabәrliyini irәlicәdәn mümkün hesab edәrәk, onların hәr birinin öz mәdәni topikasına malik olmaq hüququnu tәsdiq etmәli vә bu topikaya onun ekzistensial strukturunu dәrk etmәk istәdiyimiz dәrәcәdә şәrik olmalıyıq. Duginin fikrincә, digәr mәdәniyyәtlәr dә eyni dәrәcәdә etnosentrikdir vә öz mәdәniyyәtimiz qәdәr “universallıq”, “eksklüzivizm” vә “aşkarlıq” iddiasında ola bilәr....Bizim Yeganә çıxış yolumuz Dasein`lәrin plürallığına әsaslanan etnosentrumların çoxluğunu bilәrәkdәn qәbul etmәkdir, özü dә bunu nәzәrә almaqla ki, hәmin Daseinlәrin hәr biri mәhz özünün (özgәninkinin deyil) mәrkәziliyinin vә müstәsnalığının implisit tәsdiqi üzәrindә qurulur. Mәdәniyyәtin koduna nüfuz etmәk üçün biz onun ekzistensional qaydalarını qәbul etmәliyik. Duginin fikrincә, mәhz buna görә dә, dünya mәdәniyyәtlәrinә “universium” deyil, “plüversium” aspektindәn yanaşmalıyıq” Plüversium konsepsiyası Tarix içindә gәlmiş keçmiş bütün sivilizsiyaların (Türk sivilizasiyasının) varlığının tәsdiq vә tәsbit edilmәsini, dünyanın Avropasentrist baxışla Qәrb vә Qeyri Qәrb bölgüsünün inkar edilmәsini әsaslandıran, XXI әsr kürәsәl sistemindә bütün sivilizasiyaların bәrabәrhüquqlu әmәktaşlığına çağırış edәn, Qәrb mәrkәzli imperialist sistemin kültürәl, kürәsәl hegemonyasına son qoyulmasına fәlsәfi zәmin hazırlayan ontoloji baxışlar sistemidir.Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan “Daha adil bir dünya mümkün” kitabında, әslindә Duginin Plüversium (Sivilizasiyaların bәrabәrhüquqlu әmәktaşlığı) ideyalarını inkişaf etdirmiş, Qәrb sivilizasiyasının hegemonluğunda qurulmuş kürәsәl sistemin Yer üzünü Xaosa vә Ekaloji böhranlara sürüklәdiyini qeyd etmiş, bu sistemin dәyişmәsinә çağrış etmişdir: “Adil vә daha sürdürülәbilir bir kürәsәl barışın tәmini üçün çox kültürlülüyü vә çox qütblülüyü yansıtan bir BMT-yә ehtiyac vardır. Dünya nә tәk qütblü, nә dә iki qütblüdür, nә hakim bir kültürün nә dә bir neçә imtiyaz sahibi aktorun külütürәl hegemonyası altındadır. Çox qütblü, çox mәrkәzli, çox kültürlü, daha kapsayıcı vә adil bir dünya inşa etmәk mümkündür. Belә bir dünya üçün ilk adres BMT-dir. Barışın, İstiqrarın, әdalәtin vә etkin kürәsәl idarәetmәnin yolu, BMT-nın islahatıdır. BMT islahatı, özәlliklә Tәhlükәsizlik Şurası Tәşkilatının yenidәn formalaşdırılması, әlbәttә bütün dünya ölkәlәrinin uzlaşması ilә hәyata keçirilәcәkdir. Biz Türkiyә olaraq, bu çәrçivәdәki tәklifimizi uzun zamandır ifadә edirik vә bütün ölkәlәrin müzakirәsinә tәqdim edirik. Çözüm önәrimiz isә, “Dünya beşdәn böyükdür” ifadәsindә әks olunan, BMT Tәhlükәsizlik Şurasının quruluşunun dәyişdirilmәsini mәrkәzә alan bir perspektivin hakim qılınmasıdır. Tәhlükәsizlik Şurasının qitәlәri, inancları, kökәnlәri vә kültürlәri әn adil şәkildә tәmsil edәcәk bir tәşkilata çevirәcәk şәkildә yenidәn qurulması, çözüm vә kürәsәl barışın tәsisi üçün devrimsәl bir addım olacaqdır”.Әrdoğan Amerika-Avropa liderliyindә bir qütblü dünya sisteminin qurulmasının qeyri mümkünlüyünü Kürәsәl Әdalәt sorunu, uluslararası terrorizm sorunu, İslamafobiya, Kapsayıcılıq vә Tәmsil sorunu, Kürәsәl İdarәetmә vә liderlik sorunu, BMT-nin legitimlik sorunu başlıqları altında әsaslandırmış, bir qütblü dünya quruculuğuna qarşı çox qütblü dünya quruculuğuna çağırış etmişdir.Әrdoğan “Dünyanın böyük problemlәrlә qarşı-qarşıya qaldığı bir dövrdә insanlığın taleyi sınırlı saydakı ölkәnin kefinә buraxıla bilmәz” “İnsanlığı, beş ölkәyә mәhkum etmәyә kimsәnin haqqı yoxdur. Bütün dünyanın, bütün ölkәlәrin orada söz sahibi olduğunu görmәmiz vә göstәrmәmiz gәrәkir” deyәrәk, “ Sadәcә beş ölkәnin bütün dünyanın qәdәrini müәyyәnlәşdirәcәk mәsәlәlәrdә qәrar vermәsi nә әxlaqi,nә adildir. Dünya beşdәn böyükdür” çağırışları ilә bir qütblü Qәrb hegemon sisteminә qarşı çıxmış, Çox qütblü dünyanı daha adil bir dünya hesab etmişdir. Әrdoğan daha adil bir dünya quruculuğu üçün uluslararası sistemdә ikili standartların ortadan qalxması vә bu mәqsәdlә BMT-nın çoxqütblü dünya quruculuğuna dәstәk verәn bir quruma çevrilmәsi zәrurәtini yazmışdır.2. Çindən Adriatikədək geniş sahədə məkan-kültür ilişkisi, zehin hinterlandı, iqlim, topoqrafiya, istehsalistehlak əlaqələri, sosial psixalogiya, inanc, davranış formaları, təbiət və əşyanı qavrama biçimlərinin bir bütünü olan Turan-Türk sivilizasiya Hinterlandı 350 milyon türkün yaşadığı 10 milyon kv.km – lik bir coğrafiyanı əhatə edir. Türklər, tarix boyu bu coğrafiyada İslam öncəsində və ortaçağ İslam dönəmindən günümüzə qədər çox saylı boy və qolları vasitəsilə - Hun imperatorluqları (Asiya Hunları, Qərb-Avropa Hunları, Orta Şərq Hunları), Tabğac Dövləti, Göytürklər ( I Göytürk Xaqanlığı, Şərqi Göytürk Xaqanlığı, Qərbi Göytürk Xaqanlığı, II Göytürk Xaqanlığı), Uyğurlar (Uyğur Xaqanlığı, Kançou Uyğur Dövləti, Şərqi Türküstan Turfan Uygur dövləti), Qırğızlar, Türgişlər, Oğuzlar, Sabar Dövləti, Avar Xaqanlığı, Xəzər Xaqanlığı, Peçeneqlər, Uzlar və Kuman Qıpçaqları, Bulqar- Oğurlar ( Böyük Bulqariya, Dunay Bulqar Dövləti, İtil-Volqa Bulqar Dövləti), 14 imperatorluq, 400 irili xırdalı dövlət, xanlıq, bəylik sistemləri qurmuşlar. Orta çağ İslam dönəmində, XVI əsrdən etibarən Türk xalqları geniş coğrafiyalara- Hindistan, orta və ön Asiya torpaqlarına- Anadolu, İran, Ərəb Yarımadası, İndiki Rusiya Torpaqları, Afrika coğrafiyalarına yayldığı üçün bifurkasiya (haçalanma, bir neçə qollara ayrılma) prosesi keçirmiş, Hindistanda Babur, İranda Qəznəvi, Səlçuklu, Elxanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Avşar, Qacar, Anadoluda Osmanlı, Xəzəriin quzeyindən başlamış Volqa-UralSibirə qədər yayılmış Qızıl Orda imperatorluqları quraraq Türk sivilizasiyasını kürəsəl sosio-kültürəl super sistem, kürəsəl güc səviyyəsinə çatdırmışlar. Abbasilərdən başlayaraq XX əsrin əvvəllərinə qədər Türk Loqosu İslamla sintez olunaraq, unikal Türk-İslam sivilizasiyasını qurmuş və yüksəltmişlər. Türk Loqosu min il sosio-kültürəl super sistem kimi üç qitəyə hökm edən kürəsəl güc olmuşdur. Lakin təəssüflər olsun ki, sivilizasiya tədqiqatçıları Türkofobiya duyğularına qapılaraq Türk irqinin bu yüksəlişini, bu tarixi-sosioloji-bioloji passionar vəcdi görməzdən gəlmiş, Türk sivilizasiyasını İslam öncəsi və islam dövrü də daxil olmaqla təşəkkül tapan müstəqil mədəni tarixi tip kimi deyil, İslam sivilizasiyasını təşkil edən mədəni seqmentlərdən biri kimi, sistemyaradıcı alt ünsür kimi nəzərdən keçirmişlər. Lakin təəssüflər olsun ki, günümüzə qədər Türk Sivilizasiya Hinterlandında Türk millətini, Türk Sivilizasiyasını çöktürən çox saylı projelər həyata keçirilməkdədir. Əgər Türk sivilizasiyası 1571-ci ildən əsası qoyulan, XVIII əsrdən isə gerçəkləştirilməyə başlanan Rusiya və İngiltərə arasında formalaşan Böyük Oyun siyasəti nəticəsində çöktürülməyə, parçalanmağa başlandı. XVIII əsrdən etibarən, Türk sivilizasiya hinterlandının parçalanması, Türklərin Yaxın və Orta Dogu cografiyasından silinməsi prosesi XVIII əsrdə Avropada formalaşmış “Hind-Avropa irqinə məxsus xalqların dünya liderliyi –Ariya irqçiliyi ”, Pyotrun “Vəsiyyətnaməsi”, Yekatrinanın “Şərq Layihəsi”, Rusiya və İngiltərənin “Böyük Oyun” siyasəti doktrinləri ilə həyata keçirilirdisə, XX əsrdən etibarən isə ABŞ-Avropa Birliyi rəhbərliyi ilə “Böyük Orta Dogu “ projesi adı altında həyata keçirilir.(Əfqanıstan, Suriya, Ermənistan, İran, Iraq).Yaxın və Orta Şərq cografiyalarında məskunlaşaraq, imperatorluqlar, bəyliklər, ulus dövlətləri quran Türklərin hakim olduqları ərazilər Çin, Rusiya və İngiltərə tərəfindən bölünmüş (Çin 1949 –cu ildə Doğu Türküstanı işğal etmişdir, Rusiya 1552-2022-ci illərdə Qızıl Orda İmperatorluğunu işğal altında tutmaqdadır. İranda 1925-ci ildən Farslar Türk dövlətini ələ keçirmişlər), Türk cografiyasının daralması prosesi getmişdir. XVIII əsrdən etibarən bu proses İngiltərə və Rusiya rəhbərliyi ilə, hazırda isə Amerika, Avropa və İzrail rəhbərliyində üç mərhələli aparılmaqdadır.1.İmperatorluqların (Qızıl Orda, Osmanlı, Qacar, Babur) dagıdılmsı və ərazilərinin bölüşdürülməsi.Türk dövlətlərinin ləğv edilməsi, türklərin hakimiyyətinə son verilməsi və ikinci qurup azınlıq halına salınması. Hind-Avropa qrupuna məxsus xalqların türk cografiyalarında dövlətlərinin qurulması prosesinin aparılması (Fars, Erməni, Kürd).2. XX əsrin sonlarından etibarən, Türk Ulus Dövlətlərinin dagıdılmasına cəhd edilməsi. Türkiyədə erməni, kürd, aysor, ərəb azınlıqlarından istifadə edərək, Türkiyənin kürd, erməni, yunan dövlətlərinə parçalanması projelərinin gündəmdə tutulması.3.Dövlətlərini itirərək azınlıq durumuna salınmış türklərin assimilyasiya, etnik təmizləmə və soyqırıma ugradılması ilə torpaqlarının mənimsənilməsi ( Ermənistan ,Əfqanıstan, Suriya, İraq, İran, Çin, Rusiya). Yaxın və Orta Şərq cografiyalarının bölünməsində XX əsrin əvvəllərinddə İngiltərə-Fransa-Rusiya baş rol oynayaraq, min illərdir bu cografiyaya hakim olan türklərin buradan silinib atılması üçün erməni, aysor (assurr), serb, ərəb, fars xalqlarını türklər əleyhinə istifadə edirdilər. Beləliklə aydın olur ki, Rusiya və İngiltərə arasında Formalaşan "Böyük Oyun Siyasəti"nin tərkib hissəsi olan "Böyük Orta Doğu projesi"nin (Orta Doğunun paylaşılması projesi) birinci dönəmi (1850-1918) Türklərin məğlubiyyəti ilə bitdi. Babur, Qacar, Osmanlı İmperatorluqları çöktürüldü (İran, Xorasan, Hindistan, Qafqaz, Ərəb yarımadası, Afrika, Şərqi Avropa-doğu Romaya yayılmış türk yenildi). Türk Milləti Balkanlarda, Ərəbistanda, Hindistanda, Türküstanda, Qafqazda, Şimali Afrikada-Misirdə, Anadoluda soyqırım və köçə məruz qaldı. Torpaqları İşğal edildi. Parçalandı.Orta Doğu Projesinin günümüzdə davam edən ikinci dönəmində isə (1980- 2050) İraq, Suriya, İran və Türkiyənin də parçalanacağı, buradakı Türklərin soyqırıma uğradılacağı, böyük Kürdüstan, böyük Ermənistan, böyük İzrail, böyük Yunanıstan yaradılacağı projesi gündəmdədir. Aydındır ki, əgər XX əsrdə Türk sivilizasiya hinterlandında siyasi xəritələr İngilltərə-Rusiya arasında gedən “Böyük Oyun” adlı siyasi rəqabət əsasında İngilis, Rus, Fransız, Çin nüfuz dairələrinə uygun cızılmışdısa, XXI əsrdə isə bu cografiya ABŞ –İzrail və Avropa birliyinin maraqları əsasında yenidən bölünərək paylaşılmaqdadır. Əslində “Böyük Oyun siyasəti” bu gün də davam etməkdədir. "Böyük Oyun", yüz ildən artıq bir dövrdə Ortadoğuda Rusiya və İngiltərənin oynadıqları siyasi oyunun adıdır. İngiltərə kraliçası Victoria "Böyük Oyun"u “dünyada Rus ya da İngilis üstünlüyü problemi” kimi xarakterizə etmişdir.Hindistanda və İranda İngiltərə təmsilçisi olmuş George Curzon isə belə demişdir: “Türkistan, Əfqanıstan, Xəzər Çevrəsi, Qafqaz, İran-bu adlar mənim üçün çox böyük uzaqlıqları ağla gətirməkdədir- bunların dünyaya hakim olma oyununun oyuncaqları olduğunu etiraf etməliyəm”. Avropalı tarixçi D.Fromkin "Böyük Oyun" siyasəti haqqında yazır: “Avropalı güclər XV və XVI Yüzillərdə dəniz yollarını kəşf etdikdən sonra dünyanın geri qlan bölgələrini müstəmləkə etmək, paylaşmaq üçün bir birilə yarışa girmişdilər. Orta Doğunun paylaşılması oyunu XX əsrdə iki dünya müharibəsi ilə nəticələnmiş, Türk sivilizasiya hinterlandı olan Orta doğu ölkələrində bu gün də davam edən qtisadi, siyasi, kültürəl böhranlar və xaos doğurmuşdur. Bu gün də Türk Sivilizasiya Hinterlandında bütün ortodoksları birləşdirməyi hədəf alan Çarqrad mərkəzli III Roma doktrini, Böyük Panslavyanist Avrasiya Projesi, Suriya, İraq, Türkiyə, İran və Azərbaycanı bölməklə yaradılması nəzərdə tutulan Böyük Kürdüstan Projesi, Xəzər, Qaradəniz, Ağ dəniz arası bölgələrdə qurulması xəyal edilən Böyük Ermənistan Projesi, İran, Əfqanıstan-Tacikistan, Pakistan, Şimali Qafqaz, Bəsrə Körfəzinə qədərki torpaqları birləşdirməklə yaradılacaq böyük Aryan-Fars projesi, Böyük Yunanıstan Projesi, Doğu Türküstanla bərabər, batı Türküstanı da işğal edərək Çinə qatmaq istəyən “Çinin Batı Bölgə Teorisi”, Türkiyənin Dəclə və Fərat çayları bölgəsini Vəd edilmiş Torpaqlara qatmaq istəyən Böyük İzrail Projesi, Avropanın Min İlin İntiqamı-Bizansın Bərpası kimi bölücü, qanlı projelər həyata keçirilməkdə, çox saylı kürd-erməni-fars ideoloji-siyasi terror təşkilatları aktiv şəkildə Türk dövlətlərinə qarşı savaş aparmaqdadırlar.Əgər 1571-ci ildən 1918-ci ilə qədərki birinci Orta Doğu Projesi nəticəsində Türk dövlətləri və mədəniyyətləri çöktürüldüsə, günümüzdə həyata keçirilən Amerika mərkəzli ikinci Böyük Orta Doğu projesində Türklərin bu coğrafiyadan tamamilə silinməsi planlaştırılmaqdadır. Bu gün Çin, İran, Rusiya öndərliyində-Moskva, Pekin, Tehran üçkənində sıxışıb qalmış Türk Sivilizasiya Hinterlandında 150 milyon türk müstəmləkə altında Ruslaşma, Farslaşma, Çinliləşmə kimi assimilyasiya siyasətlərinin, projelərinin qurbanına çevrilmişlər. Türk Dövlətlər Təşkilatının yaradılması ilə, sosio-kültürəl super sistem kimi min il kürəsəl güc olaraq Asiya, Afrika və Avropa qitələrindəki siyasi və mədəni proseslərə dərindən nüfuz edən, yön verən Türk Loqosunun XXI yüzil tarixi proseslərinə yenidən daxil olması çağı başlanmışdır. XXI əsr Kürəsəl güc olan Qərb dünyasının (Avropa və Amerika) Avropa sərhədlərinə çəkilməsi, lokalizə edilməsi çağıdır. Türk-Turan dünyasının güc mərkəzi kimi yenidən şəkillənməsi çağıdır.Məhz buna əsaslanaraq türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu öz çıxışında demişdir. “Biz eyni kökdən bəslənən bir ulu ağacın eyni budaqlarıyıq. Köklərimizi unutmadan birliyimizi bərkitdikcə, beynəlxalq gücümüzü artıracağıq”.İnanırıq ki, TDT-nın qəbul etdiyi “Türk Dünyası Vizyonu-2040” proqramı çərçivəsində Türk Dünyasında ortaq Əlifba, ortaq Dil, ortaq Tarix, ortaq Təhsil Proqramı, Ortaq hüquq kodeksləri, ortaq ədəbiyyat, fəlsəfə, kültür, gömrük, bazar, iqtisadiyyat, xarici siyasət, ordu, təhlükəsizlik stratejiləri formalaşdırılacaq, çox qütblü dünyada Türk sivilizasiyası kürəsəl güc və qütblərdən birinə çevrilməklə böyük Atatürkün vəsiyyətini gerçəkləştirəcəkdir.Ey Türk milləti! Sən yalnız qəhrəmanlıq və cəngavərlikdə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfisən. Tarix yaratdığın sivilizasiyaların öygüləri ilə doludur. Varlığına qəsd edən siyasi və ictimai amillər bir neçə əsrdir yolunu kəsmiş və yürüşünü çətinləşdirmiş olsa da, on minillik fikir və mədəniyyət mirası ruhunda saf və tükənməz bir qüdrət halında yaşayır. Yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarix, sivilizasiya mərhələsində layiq olduğun yeri sənə barmağı ilə göstərir. Oraya yürü və yüksəl. Bu sənin üçün həm bir haq, həm də bir borcdur olunmuşdur. Nәticә Yer Planetində mövcud olan Mədəniyyətlərin və sivilizasiyaların qorunması, inkişafı və sivilizasiyalararası güc tarazlığına əsaslanan bərabərhüquqlu dialoq və əməkdaşlığın qurulması XXI əsr siyasətinin əsas prioriteti olmalıdır. Qərb sivilizasiyasının Yer üzərində dominantlığı və digər sivilizasiyaları qloballaşdırma adı altında standartlaşdırılması, homojenləşdirilməsi prosesi digər sivilizasiyaların inkişafına mane olan amildir və sivilizasiyalararası konfrantasiyalara səbəb olmaqdadır. Artıq Bəşəriyyət homojenləşmə çağından Plüversium çağına və Plüversium çağından Metasivilizasiya çağına qədəm qoymaqdadır. Mədəniyyətlərin və sivilizasiyaların bərabərhüquqlu inkişafının təminatı, insanların fəlsəfi düşüncəsində və dünyagörüşündə “müxtəliflik zənginlikdir”, “plüralist vahid Planet”, “çoxluqda birlik”, “Sistem və elementlər arası qarşılıqlı münasibətlər”, “sinergetik təfəkkür” anlayışlarının mənimsənilməsindən və tətbiqindən keçir. XXI əsrdə çoxmədəniyyətlilik, çoxsivilizasiyalılıq paradiqması, bütün bəşəriyyətin birgə tarazlı tərəqqisinə əsaslanan humanist dünyaquruculuğunun əsasını təşkil etməlidir. Türk –Turan sivilizasiyasının da təmsil olunduğu çoxmədəniyyətlilik, çoxsivilizasiyalılıq tarixən olduğu kimi, müasir dünyanın da mövcudluq şərti olmalıdır və “Bizim ümumi gələcəyimiz” – “Dünya həmrəyliklə yaradılır” (Opus solidarietatis pax) formulası əsasında mədəniyyət və sivilizasiyaların harmonik vəhdətinin inkişafı ilə motivləşməlidir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta