AZ

İnformasiya və rabitə sahəsi 12,6 faiz böyüyüb

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,6 faiz artaraq 1939,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, onun 74 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 35,6 faizi və ya 690,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
vergiler.az

10Mənbələr