AZ

“Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”

Müəllimllərin sertifikasiya imtahanının müsahibə mərhələsinə başlanılacaq. Artıq müsahibə mərhələsinin mövzuları müəllimlərə təqdim olunub. Ancaq test imtahanı mərhələsindən uğur qazanmış müəllimlər müsahibə prosesindən bir qədər çəkinirlər. Bəs, görəsən, sertifikasiya həqiqətən də qorxulu prosesdirmi? TehsilForumu.Az xəbər verir ki , təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a mövzu ilə əlaqədar açıqlama verib. “Çalışmalıyıq ki, sertifikasiya müəllimlərin özgüvənini formalaşdırsın” – deyə müsahimiz sözə başlayıb: “Mən dəfələrlə demişəm və yenə də o qənaətdəyəm ki, müəllim sertifikasiyaya görə yox, nüfuzuna, müqəddəs və şərəfli hesab etdiyimiz adına görə daim hazırlıqlı olmalıdır. Çünki, müəllim pedaqoji prosesdə həlledici qüvvə olduğundan şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə onun üzərinə düşür. Başqa sözlə desək, heç də əbəs yerə deyil ki, Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılığı qeyd edilib.Sertifikasiya Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçirilən tədbirlərdən biridir və əsas məqsədi müəllimləri daim inkişafda saxlamaq, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən keçirilməsinə ötən ildən start verilən sertifikasiya prosesinə də məhz, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, onların ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, pedaqoji işçilərin əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır. Bu mənada sertifikasiyanın məqsədi və vəzifəsi də elə  "Təhsil haqqında" qanunda nəzərdə tutulduğu kimi məhz dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması,  onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını ödəmək prosesi kimi müəyyənləşdirilib.Baxmayaraq ki, “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”. “Sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi əsas məqsəddir”. “Burada məqsəd keyfiyyətli müəllimlərin düzgün qiymətləndirilməsi və təhsildə keyfiyyətin artırılmasına xidmət edir” və s. bu kimi rəsmi bəyanatlar verilib, bununla belə tətbiq olunmağa başladığı ilk vaxtlar sertifikasiya heç də hamı tərəfindən birmənalı qəbul olunmayıb, müəyyən müəllimlər tərəfindən diskomfortla müşayət olunub, narahatlıq və narazılıq doğurub. MİQ imtahanı keçirildiyi halda əlavə olaraq sertifikasiyanın vacib olmadığını iddia edənlər, imtahan suallarının məzmununa etiraz edənlər, yaş həddi ilə razılaşmayanlar, 50 bal toplamış müəllimlərin 35 faizlik artımdan yararlana bilməməsinə narazılıq bildirənlər, müsahibə mərhələsinin aylarla uzadılmasını məqbul hesab etməyənlər heç də az olmayıb. Düzdür, son vaxtlar bu kimi narahatlıq və narazılıqlar nəzərəçarpacaq dərəcədə səngiyib, bununla belə hələ tam əminliklə demək olmaz ki, bu istiqamətdə bütün işlərimiz yolundadır.Yalnız bu halda sertifikasiya proseduru müəllimlər üşün diskomfortla müşayət olunan narahatlıq və narazılıq halına deyil, səbirsizliklə gözlənilən özünə inam, özünə güvən hissinə çevrilə bilər. Buna görə də sertifikasiya prosesinə fərqli prizmalardan deyil, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır. Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi deyil, həm də onların maaş artımı deməkdir”. Ekspert müəllimlərə tövsiyələr verib: “Müəllimlərə tövsiyəm budur ki, sertifikasiya ilə bağlı hər hansı bir qorxu, təşviş, həyəcan hissi keçirməyə heç bir ciddi əsas yoxdur. Əvvəla, imtahandan və ya müsahibədən keçməzsinizsə növbəti ildə ikinci dəfə cəhd edib uğur qazanmaq şansınız var. Bu da alınmazsa, MİQ imtahanı vasitəsi ilə yenidən müəllimliyə qayıda bilərsiz. O da baş tutmazsa, tədrisdənkənar alternativ işlərlə təmin olunmaq imkanlarından istifadə edin

Seçilən
155
1
tehsilforumu.az

2Mənbələr