EN

Bakıdan qayıdan Putin əmr verdi - Oktyabrın 1-nə qədər...

Rusiya lideri Vladimir Putin orduya Ukrayna qüvvələrinin Kursk vilayətinin işğal olunmuş ərazilərindən çıxarılması üçün vaxt verib.

Olaylar xəbər verir ki, bu barədə "RBC Ukrayna" hərbi-siyasi rəhbərlikdəki mənbəyə istinadən yazır. Bildirilir ki, Rusiya ordusu oktyabrın 1-dək Kursk vilayətini azad etmək üçün Vladimir Putindən göstəriş alıb.

Məlumata görə, onların vəzifəsi tapşırığı Pokrovski və Toretski istiqamətlərindən qüvvələri geri çəkmədən yerinə yetirməkdir. 

Qeyd edək ki, Ukrayna qüvvələri 6 avqustdan Rusiyanın Kursk vilayətində hərbi əməliyyatlara başlayıblar. (Mətbuat.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
11
olaylar.az

10Sources