EN

Avrozonada inflyasiya proqnozlara uyğun reallaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada İstehlak Qiymətləri İndeksi (CPI) iyul ayında illik 2,6 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) iyul ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Buna görə, Avrozonada iyunda 2,5 faiz olan illik inflyasiya iyulda 2,6 faizə yüksəlib. İyul ayında CPI aylıq əsasda isə sıfıra düşüb.

Bazar proqnozları iyul ayında Avrozonada illik inflyasiyanın 2,6 faiz, aylıq inflyasiyanın isə sıfır faiz olacağı istiqamətində idi. Beləliklə, açıqlanan məlumatlar bazar proqnozları ilə eyni səviyyədə olub.

Avrozonada baza inflyasiyası iyulda illik 2,9 faiz, aylıq isə mənfi 0,2 faiz səviyyəsində ölçülüb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
3
banco.az

10Sources