EN

Həm Milli Məclisə, həm də Ali Məclisə namizəddirlər (SİYAHI)

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edən şəxslər arasında Naxçıvan Ali Məclisinə namizədlər də var.

Modern.az-ın məlumatına görə, 3 nəfər həm Milli Məclisə, həm də Naxçıvan Ali Məclisinə namizəddir.

Onlardan biri Nəcəfov Vüqar Hüseyn oğludur. Peşəkar S-1 Döyüş Liqasının vitse-prezidenti 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Milli Məclisə, 13 saylı Püsyan seçki dairəsindən isə Naxçıvan Ali Məclisinə namizədliyini irəli sürüb. O, Yeni Azərbaycan Partiyanın üzvüdür.

Mühasib işləyən Hüseyn Amar Dağbəyi oğlu isə 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Milli Məclisə, 14 saylı Qarabağlar seçki dairəsindən isə Naxçıvan Ali Məclisinə namizəddir.

1971-ci il təvəllüdlü Şahhüseynov Mahmud Tarverdi oğlu 16 saylı Xok seçki dairəsi üzrə Ali Məclisə seçkilərdə iştirak edəcək. O, da 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Milli Məclisə namizəddir.

Xatırladaq ki, həm Ali Məclisə, həm də Milli Məclisə namizəd olmaq qanunla qadağan edilməyib.

 

Chosen
132
42
milliyol.az

10Sources