EN

Bank sektorunun aktivləri iyuldan yenidən ₼50 milyardın altına düşüb: 2.5% azalma

Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 mln. 089.3 mln. manat, cəmi öhdəlikləri 42 mlrd. 874.3 mln. manat, balans kapitalı isə 6 mlrd. 215 mln. manat olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Aktivlərin həcmi iyulun əvvəlində 50 mlrd. 328.1 mln. manat idi və bu da sektorun 2.5 faiz kiçilməsi deməkdir.

Bununla belə, kredit portfelinin artımı cari ilin iyul ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 1% və ya 265.2 mln. manat artaraq 25 mlrd. 694.7 mln. manat olmuşdur.

Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.2% (13,910.1 mln. manat);
ıı) istehlak kreditləri – 30.2% (7,765.1 mln. manat)
ııı) ipoteka kreditləri – 15.6% (4,019.5 mln. manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil edib.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.2%-i və ya 34 mlrd. 381.3 mln. manat. Depozit portfelinin 60.3%-i (20 mlrd. 720.3 mln. manat) hüquqi şəxslərin, 39.7%-i (13 mlrd. 661 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 65.7%-i (8 mlrd. 981.7 mln. manat) milli valyutada, 34.3%-i isə (4 mlrd. 679.3 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.1%-i (8 mlrd. 067.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayı ərzində 4.1% və ya 317 mln. manat artaraq ilk dəfə 8 mlrd. manatlıq həddi keçmişdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 mlrd. 391.5 mln. manat olmaqla cəmi depozit portfelinin 74.3%-i təşkil etmişdir.

2024-cü ilin yanvar – iyul aylarında banklar 682.8 mln. manat xalis
mənfəət, 1,016 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4.2% və 9.1% daha çoxdur.

4423432432324234234

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
23
banker.az

10Sources