EN

Rusiyada məhbuslar koloniyanı ələ keçiriblər: ölən və yaralanan var

Girovların azad edilməsi üçün 2 milyon dollar istənilir Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarının girov götürüldüyü bildirilir. Bu barədə avqustun 23-də Rusiya Federal Penitensiar Xidmətinin yaydığı məlumatda qeyd olunur. Bildirilir ki, intizam komissiyasının iclasında məhkumlar həbsxana işçilərini girov götürüblər: “Hazırda girovların azad edilməsi üçün tədbirlər görülür”. Cəzaçəkmə Müəssisəsinin Volqoqraddan 130 kilometr qərbdə, Surovikino şəhərində yerləşdiyin yazan Rusiya mediası qeyd edir ki, ora maksimum təhlükəsizlik koloniyasıdır. Rəsmi məlumatda bir nəfərin öldüyü qeyd olunur: “Bu, hücum edənlərə müqavimət göstərməyə çalışan növbətçidir. 3 nəfər rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Amma nə qədər girov götürüldüyü bəlli deyil. İddia olunur ki, koloniyanın rəhbəri Andrey Devyatov və onun müavini girov götürülüb”. “Baza-Telegram” kanalının yazdığına görə, Andrey Devyatov qaçmağı bacarıb, lakin yaralanıb və hazırda reanimasiyadadır. Həmçinin girov götürənlər 2 milyon dollar və bir helikopter tələb ediblər: “Danışıqlar aparmaq üçün Volqoqrad məscidindən bir molla koloniyaya gətiriləcək”. Rusiya İstintaq Komitəsi ölümlə nəticələnən girov götürmə (Cinayət Məcəlləsinin 206-cı maddəsinin 4-cü hissəsi) və koloniyaların fəaliyyətinin qeyri-mütəşəkkilliyi (3-cü hissə) ilə cinayət işi açıb. Federal Penitensiar Xidmətin mərkəzi ofisindən bir qrup koloniyaya gedib. The post Rusiyada məhbuslar koloniyanı ələ keçiriblər: ölən və yaralanan var appeared first on MEYDAN.TV. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
xural.com

1Sources