Bakının Nəsimi rayonu ərazisində vətəndaşın 15 min manatı dələduzluq yolu ilə alınıb.
Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Səmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 24 Avqust 2024, 12:42