EN

Bu quruma yeni rəis təyin EDİLDİ

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yeni rəis təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Mərkəzin rəisi vəzifəsinə Elşən Albəndov təyin edilib.

Qeyd edək ki, Elşən Albəndov uzun illər – 2002-ci ildən 2024-cü ilin aprel ayınadək prokurorluq orqanlarında çalışıb.

Elşən Albəndov əvvəllər müstəntiq, dövlət ittihamçısı, habelə Dövlət ittihamının müdafiəsi üzrə idarədə şöbə rəisi, eləcə də, Baş Prokurorluğun müxtəlif idarələrində idarə rəisinin müavini vəzifələrində işləyib.

Onun sonuncu vəzifəsi isə Prokurorluqda istintaqa nəzarət idarəsində rəis müavini olub.

Chosen
62
5
konkret.az

10Sources