EN

Xalq etimadının etibarlı ünvanı - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 191 ünvanında yaşayan seçicilərlə görüşü keçirilib.

"Unikal" yap.org.az-a istinadən xəbər verir ki, görüş zamanı deputatlığa namizəd Kamaləddin Qafarov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan bəhs edib və bütün sahələrdə sürətli inkişafın əldə edildiyini söyləyib.

K.Qafarov parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını, YAP-ın bu seçkilərdə qələbə qazanmaq şanslarının yüksək olduğunu vurğulayıb. O, seçicilərlə söhbət zamanı onların arzu və istəklərini dinləyib, fikir mübadiləsi aparılıb. Seçicilərə onların fikirlərinin diqqətdə saxlanılacağı bildirilib.

Deputatlığa namizəd həmçinin Vətən müharibəsi şəhidi Cəmil Nəcəfovun ailəsini ziyarət edib.

Chosen
105
28
unikal.az

10Sources