EN

Zaqatalanın kəndləri susuzluqdan əziyyət çəkir

Yayımlandı: 27 Avqust 2024 12:59 “Su xətti 45-50 il əvvəl çəkilib, yenilənməsinə ehtiyac var” Zaqatalanın Aşağı Tala və Yuxarı Tala kəndlərinin sakinləri isti yay günləri su üzünə həsrət qalıblar. Kənd sakinləri deyiblər ki, su problemi uzun illərdir davam edir. Kənd sakini Məmməd İsmayılov Meydan TV-yə bildirib ki, su problemi ilə bağlı bələdiyyəyə, rayon icra hakimiyyətinə müraciət olunub. Bələdiyyə müəyyən işlər görməyə çalışır, amma problem birdəfəlik həllini tapmır. Bir neçə gündən sonra yenə susuz qalırlar. “Zaqatalanın iki ən böyük kəndi illərdir susuzluqdan əziyyət çəkir. Hər dəfə deyirlər ki, su xətləri yenilənməlidir. Kim yeniləməlidir, niyə yubadılır? Sualımıza cavab tapa bilmirik”,-şikayətşi deyib. Qazilovlu obasında da günlərdir su gəlmir. Sakinlər bildiriblər ki, nasos vasitəsilə də bir vedrə su götürə bilmirlər. Yağış yağanda su ehtiyatı yığırlar, amma o da bir neçə günə bəs etmir. Xüsusilə azyaşlı uşaqları olan ailələr əziyyət çəkirlər.Kəndlilər deyirlər ki, onların əsas dolanışığı əkin-biçindir. Bu il onsuz da zaqatalalılar təbii fəlakətdən ciddi zərər çəkiblər, həyətyanı təsərrüfatlar, evlər su altında qalıb. Bir tərəfdən də susuzluq kəndliləri bezdirib. Sakinlər deyirlər ki, internetdə kəndlərin su probleminin həllini tapması, su xətlərinin yenilənməsi ilə bağlı məlumatlara rast gəlirlər. Amma xətlər yenilənsəydi, su ən azı ayda bir-iki dəfə kəsilərdi. Onlar isə ayın yarısı su tapa bilmirlər. Aşağı Tala kənd Bələdiyyəsinin sədri Vüqar Abdurrəhmanov Meydan TV-yə bildirib ki, Aşağı Tala və Yuxarı Tala kəndlərinin su şəbəkəsi eyni mənbəndir. “Su xətti 45-50 il əvvəl çəkilib, yenilənməsinə ehtiyac var. Dəfələrlə “Azərsu” Səhmdar Cəmiyyətinə müraciət etmişik ki, xətti balansına götürsünlər. Onlar isə xətti balanslarına götürmürlər”,-bələdiyyə sədri deyib. V.Abdurrəhmanov qeyd edib ki, 16 min əhali bu su xəttindən yararlanır: “Kənd sakinlərinin sayı 2 dəfədən çox artıb, yəni mövcud su xətti əvvəl müəyyən əhali üçün nəzərdə tutulmuşdu. Bir xətdən 50 ilə yararlanırdısa, indi 100-150 ailə yararlanır. Bələdiyyə imkan daxilində su xəttini təmir edir, amma bələdiyyənin imkanları da məhduddur. Köhnə xətdir, tez-tez çürüyür, tamamilə sıradan çıxır”. Bələdiyyə sədri bildirib ki, adambaşına illik 7 manat 50 qəpik Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
107
xural.com

1Sources