EN

“Səhiyyə TV”  16 min manat cərimələnib

Yayımlandı: 27 Avqust 2024 13:23 Səbəb kimi “Reklam haqqında” Qanun pozulması göstərilir Peyk yayımı həyata keçirməyən platforma yayımçısı olan “Səhiyyə TV” kanalı cərimələnib. Bu barədə Audiovizual Şuradan məlumat verilib. Buna səbəb kanalın proqramlarının Şura tərəfindən aparılan monitorinqi zamanı “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinin tələbinin pozulması faktı ilə bağlıdır. İyunun 7-də saat 20.00-da və 08 iyun 2024-cü il tarixdə, saat 08.00-da kanalın efirində yayımlanmış tibb müəssisələrinin reklam çarxlarında həmin tibb müəssisələrinin lisenziyasının və ya sertifikatının nömrələri, verilmə tarixləri və onları verən orqanın adı göstərilməyib. Audiovizual Şura tərəfindən 2 protokol tərtib edilib və müvafiq məhkəməyə göndərilib. Məhkəmənin qərarları ilə “Səhiyyə TV” MMC hər bir inzibati xəta üzrə 8000 manat olmaqla ümumi 16000 manat məbləğində cərimə edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamış və həmin qərarlar qanuni qüvvəyə minib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
49
xural.com

10Sources