Layihənin həyata keçirilməsində əsas məqsəd Xəzərin sahil ərazilərini tullantılardan təmizləmək, ekoloji vəziyyətin yaxşılaşdırılmasına çalışmaqdır.
Bank eyni zamanda COP29 ərəfəsində “Yaşıl dünya naminə həmrəy olaq” şüarını əsas götürərək ekoloji yönümlü layihələrin icrasını davam etdirməyi planlaşdırır.
30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.