Ötən gün Masallı rayonunun Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində bıçaqlanaraq qətlə yetirilib.
Publika.az xəbər verir ki, Diaspora.TV hadisə ilə bağlı əlavə informasiyalar əldə edib.
Məlumata görə, hadisəni törədən şəxs də azərbaycanlı olub, Ağsu rayonundan olan cinayətkarın Surqutda reketliklə məşğul olduğu iddia edilir.
Qeyd olunur ki, qarşı tərəf (adı və soyadı ilə bağlı dəqiqləşmə aparırıq) Allahqulu Səfərovdan haqq - pul istəyib. Lakin Allahqulu Səfərov onun bu tələbini rədd edib, sonra tərəflər görüşüb və orada Allahqulu Səfərov bıçaqla vurularaq öldürülüb.