Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli avqustun 29-da Astara rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir Adil Kərimli və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qəbulda şəhid ailələrinin üzvləri və qazilər də iştirak ediblər. Onların müraciətlərinə xüsusi diqqət göstərilib, qaldırdıqları məsələlərə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
asiya.azMədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib ( 10358857)
-
korrespondent.azMədəniyyət naziri Astarada vətəndaş qəbulu keçirdi - FOTO ( 10345585)
-
bayraqdar.infoNazir Astarada vətəndaşları qəbul edib ( 10345243)
-
demokrat.azMədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib — FOTOLAR ( 10345084)
-
dogru.azMədəniyyət naziri Astara rayonunda vətəndaşlarla görüşüb – FOTO ( 10341814)
-
senzor.azMədəniyyət naziri Astarada vətəndaş qəbulu keçirdi ( 10341799)
-
hafta.azMədəniyyət naziri Astarada vətəndaşlarla görüşüb ( 10340470)
-
far.azMədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib ( 10340029)
-
ikisahil.azMədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib ( 10339927)
-
kulis.azMədəniyyət naziri Astarada vətəndaşları qəbul etdi ( 10339819)