EN

UEFA Çempionlar Liqasının yeni formatda ilk püşkatması old

UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Monakoda baş tutub.

Liqa mərhələsi sentyabrın 17-19-da oynanılacaq matçlarla başlayacaq və 2025-ci il yanvarın 29-da başa çatacaq. İlk 8 pilləni tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar.

Turnir cədvəlini 9-16-cı pillədə bitirənlər 17-24-cü yerlərdə qərarlaşan komandalarla pley-off görüşlərində üz-üzə gələcək. 8 cütün qalibi adını növbəti raunda yazdıracaq. Liqa mərhələsində ilk “24-lüy”ə düşə bilməyən kollektivlər avrokuboklarla vidalaşacaq.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
3
teleqraf.com

10Sources