EN

Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb - YENİLƏNİB

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

"Far.Az"un məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

21:20

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Far.Az"un məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı türkiyəli Can Özcanla qarşılaşıb

Rəqibinə qalib gələn 18:23 hesabı ilə məğlub olan Zeynalov qızıl medal qazanmaq şansını itirib.

O, bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Bu mərhələdə Sabirin rəqibi tailandlı Thanva Kaenkham olacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
13
far.az

10Sources