EN

Sabir Zeynalov Parisdə bürünc medal qazandı - Yenilənib

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

“Qafqazinfo”  xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə türkiyəli Can Özcanla üz-üzə gəlib.

Rəqibinə 18:23 hesabı ilə uduzan Zeynalov bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb.

Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.

***

Parataekvondoçu Sabir Zeynalov (58 kq) Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
18
qafqazinfo.az

10Sources