EN

Ukrayna F-16-sı vurulub, ya qəzaya uğrayıb? - CNN

Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğramasının səbəbinin pilot səhvi olması ehtimalı azdır.

Axar.az xəbər verir ki, bu barədə CNN kanalına Ukrayna ordusunun adı açıqlanmayan nümayəndəsi bildirib.

"Ukrayna Silahlı Qüvvələri insidentin səbəbinin pilotun səhvi olduğunu düşünmür", - telekanalın həmsöhbəti deyib.

O, faciənin başqa hallarını açıqlamayıb, lakin əlavə edib ki, insident araşdırılır və araşdırmada iştirak etmək üçün beynəlxalq ekspertlər dəvət olunacaq.

Təyyarənin pilotunun Aleksey Mes olduğu məlum olub. O, ötən gün dəfn olunub.

CNN qeyd edib ki, pilotun ölümü Ukrayna üçün böyük zərbədir, çünki Mes F-16-nı idarə etmək üçün təlim keçmiş azsaylı ukraynalı pilotlardan biri idi.

Xatırladaq ki, ötən gün Ukraynaya verilən F-16-lardan biri qəzaya uğrayıb. Rəsmi açıqlamada qəzanın səbəbi haqda məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
50
axar.az

10Sources