EN

Türkiyədə Zəfər Bayramı qeyd olunur

Bakı, TurkicWorld

Türkiyədə Zəfər Bayramı qeyd olunur.

TurkicWorld xəbər verir ki, bayram coşğusu ölkənin bütün şəhərlərində yaşanır.

Qeyd edək ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələndi. Bu tarix Türk xalqının yaddaşına əbədi həkk oldu.

Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu şanlı zəfər ilə alındı.

İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.

Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
25
turkic.world

10Sources