EN

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd olunur

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd olunur.

Fins.az xəbər verir ki, bu əlamətdar gün, 1922-ci ilin 30 avqustunda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə əldə edilən böyük qələbənin xatirəsinə qeyd edilir.

Zəfər Bayramı, Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxmasından sonra düşmən qüvvələr tərəfindən parçalanmasının qarşısının alınmasını simvolizə edir. Bu qələbə, 1919-1922-ci illər arasında davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi kimi qəbul edilir.

Zəfər Bayramı ilk dəfə 1923-cü ildə qeyd edilib və 1926-cı ildən rəsmi bayram elan olunub.

Həmçinin, 30 avqust Türkiyə Silahlı Qüvvələri Günü kimi də əlamətdar hesab olunur. Bu bayram Türkiyədə hər il böyük coşqu və qürurla qeyd edilir, ölkənin azadlığı uğrunda mübarizə aparanlara dərin hörmət və minnətdarlıq ifadə edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
105
25
fins.az

10Sources