EN

Serbiya Fransadan 12 qırıcı alır

Serbiya Fransadan 12 "Rafale" qırıcı təyyarəsi alır.

 

Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, indi ölkə ordusunda daha çox Rusiya Federasiyasından olan təyyarələr var.

 

"Rafale" qırıcıları Serbiya Hərbi Hava Qüvvələrində xidmətdə olan Fransa istehsalı olan ilk döyüş təyyarəsi olacaq. Təyyarə istehsalçısı "Dassault Aviation" öz saytında Serbiyanın Müdafiə Nazirliyi ilə müqavilə imzaladığını açıqlayıb.

 

Saziş Fransa prezidentinin Belqrada səfəri zamanı dövlət başçıları - Aleksandr Vuçiç və Emmanuel Makronun iştirakı ilə bağlanıb.

 

2029-cu ilə qədər Serbiya Fransadan 9 tək yerlik və üç cüt yerlik qırıcı alacaq. AFP yazır ki, əməliyyat məbləği “3 milyard avroya qədər”dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
21
modern.az

10Sources