EN

"Qəbələ" legioneri ilə yollarını ayırıb

“Qəbələ” ukraynalı futbolçu Zurab Oçiqava ilə yollarını ayırıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2023-cü ilin iyul ayından “qırmızı-qaralar”da çıxış edən Z.Oçiqava bu komandada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan Kubokunda 3 oyunda iştirak edib.

Chosen
137
31
90deqiqe.az

10Sources