Şuşada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Qarabağ ekosistemlərinə antropogen amillərin və iqlim dəyişikliklərin təsiri” mövzusunda beynəlxaq konfrans keçiriləcək.
Elmi məclis sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə gerçəkləşəcək. Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişikliyi, onun ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yolları tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.