EN

Yəməndə partlayış baş verib: 18 ölü

Yəmənin cənubunda yerləşən Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"Cebheinfo.az" xəbər verir ki, partlayışın şiddəti ilə alov metrlərlə hündürlüyə qalxıb.

Həmin anların şahidi olanlar böyük qorxu yaşayıblar. Partlayış o qədər güclü olub ki, şəhərin bir çox yerindən eşidilib.

Regional media partlayışda ən azı 18 nəfərin öldüyünü açıqlayıb. 

Partlayış əhalinin sıx məskunlaşdığı ərazidə və hərəkətli küçədə baş verdiyi üçün ölənlərin sayının artacağı gözlənilir.

Əraziyə çoxlu sayda yanğınsöndürən və tibb qrupu cəlb edilib.

Partlayışın səbəbi hələ də aydın deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
118
50
cebheinfo.az

10Sources