EN

Ərdoğan: “Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik”

“Türkiyə Şərq və Qərblə əlaqələri eyni vaxtda inkişaf etdirmək niyyətindədir, ancaq bu halda güclü və hörmətli olacaqdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, rəsmi Ankara nə Avropa İttifaqının, nə də Şanxay Əməkdaşlıq Təşkilatının xeyrinə seçim etmir: 

“Türkiyə Şərqlə Qərblə əlaqələri eyni anda inkişaf etdirsə, güclü və hörmətli bir ölkə ola bilər. İstənilən başqa yol Türkiyəyə zərər verəcək. Bəzilərinin iddia etdiyi kimi biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik, seçim etmək məcburiyyətində də deyilik”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
94
19
bizim.media

10Sources