Masallıda intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, rayon sakini olan 52 yaşlı Həsən Yusifov (ad və soyad şərti) yaşadığı evdə özünü asıb. Lakin təsadüfən evdə olan oğlu onun bu əməlinin qarşısı alıb və atasının həyatını xilas edib.
Məlumata görə, Həsən Yusifovun intihara cəhd etməsinin səbəbi ailəsindən ayrılması olub. Belə ki, ailə üzvləri ondan ayrılıb və o, evdə tək yaşayıb. Bundan bezən kişi özünü asıb. Lakin həmin an atasına baş çəkməyə gələn oğlu həm də onun xilaskarı olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
E-saglam.az