EN

Türkiyə Aİ və ŞƏT arasında seçim etməkdən İMTİNA ETDİ

"Türkiyə Avropa İttifaqı (Aİ) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında seçim etməyəcək - bu halda o, güclü və hörmətli olacaq"

Publika.az xəbər verir ki, bunu ölkə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə Şərq və Qərblə eyni vaxtda əlaqələri inkişaf etdirsə, güclü və hörmətli ölkə ola bilər. İstənilən başqa yol Türkiyəyə zərər verəcək”, - deyən Ərdoğan Ankaranın Aİ və ŞƏT arasında seçim etməsinə ehtiyac olmadığını qeyd edib.

İyul ayında Ərdoğan Türkiyənin ŞƏT-in tamhüquqlu üzvü olmasının lazım olduğunu bildirmişdi. O qeyd edib ki, bu məsələ ilə bağlı birliyin bütün daimi üzvlərindən dəstək istəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
50
publika.az

10Sources