EN

Pezeşkiandan qonşu ölkələrlə bağlı mesaj

İran Prezidenti Məsud Pezeşkian administrasiyasının xarici siyasət gündəmində qonşu və regional ölkələrin yerini xüsusi qeyd edib.

Axar.az xəbər verir ki, bu barədə Pezeşkian Özbəkistanın Müstəqillik Günü ilə bağlı Prezident Şövkət Mirziyayevə təbrik məktubunda bildirib.

O, İran və Özbəkistan arasında əlaqələrin bundan sonra da qarşılıqlı hörmət əsasında inkişaf edəcəyinə əminliyini ifadə edib.

Pezeşkian qeyd edib ki, onun administrasiyasının xarici siyasətində əsas prioritet qonşu və regional dövlətlərlə, xüsusən də Özbəkistan Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsidir.
Chosen
206
50
sherg.az

10Sources