Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK-nın Avropa strukturlarına qarşı əməliyyatlarını davam etdirir.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK/KCK-nın Fransa strukturunda fəal iştirak edən Fransa vətəndaşı Denis Daniel Korkmaz MİT tərəfindən saxlanılıb.
Korkmazın ələ keçirilməsi ilə təşkilatın Fransadakı strukturu ilə bağlı xeyli məlumat əldə edilib.